Prezident “Bakı Metropoliteni”nə yeni sədr təyin etdi

SOSİAL
20:42 20.12.2024
204
"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinə yeni sədr təyin olunub.

AZXEBER.COM xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Vüsal Yusif oğlu Aslanov "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

Qeyd edək ki, Prezident bu gün imzaladığı digər sərəncamla Zaur Hüseynovu "Bakı Metropoliteni”nin sədri vəzifəsindən azad edib.

OXŞAR XƏBƏRLƏR