Prezident Bakı şəhərində keçiriləcək WUF13-ə milli koordinator təyin edib

Prezident Bakı şəhərində keçiriləcək WUF13-ə milli koordinator təyin edib
SİYASƏT
17:57 25.04.2025
195
Prezidenti İlham Əliyev BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 2026-cı ildə Bakı şəhərində keçiriləcək 13-cü sessiyasının (WUF13) milli koordinatoru təyin edilməsi barədə Sərəncam imzalayıb. 

Dövlət başçısının imzaladığı sənədə əsasən, milli koordinator Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Adil oğlu Quliyev təyin edilib.

Sərəncamda qeyd edilib ki, Milli koordinatora Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (WUF13) hazırlıq işlərinin aparılması səlahiyyəti verilir.
OXŞAR XƏBƏRLƏR