Prezident “ASAN xidmət” mərkəzinin açılışında (ARXİV)Eyni zamanda, mərkəzdə 30 növ funksional yardımçı, o cümlədən bank və sığorta xidmətləri təşkil edilib. Burada hüquqi yardım, tərcümə, tibb, laboratoriya, arxiv, təlim, istirahət, ana-uşaq, UNİCEF, könüllülər və fotoçəkiliş otaqları, kitabxana, kafe, uşaq əyləncə mərkəzi vardır.Mərkəzin qarşısında 150 avtomobil üçün dayanacaq yaradılıb.5 saylı Bakı “ASAN xidmət” mərkəzi Bakı şəhərində qeydiyyatda olan sakinlərə xidmət göstərəcək.Dövlət başçısı mərkəzdə yaradılmış şəraitdən razılığını bildirib, tapşırıq və tövsiyələrini verib."ASAN xidmət" mərkəzi klassik "one stop-shop" qurumu kimi müxtəlif dövlət orqanlarının nümayəndələrinin cəmləşdiyi vahid məkandır. Bu tez-tez bir qapı və ya bir dam yanaşması kimi təsvir olunur. Beləliklə bu "vahid məkanın" yeni nəsli kimi qiymətləndirilə bilər ki, bir pəncərədən bir addım da irəlidədir. Hazırda Bakıda 5 "ASAN xidmət" mərkəzi fəaliyyət göstərir.Statistikaya müvafiq olaraq iyun ayı 2015-cü il tarixinə qədər "ASAN xidmət" mərkəzlərinə 5 000 000-dan artıq vətəndaşın müraciəti qeydə alınıb. Hər gün orta hesabla 8000-dən artıq nəfər "ASAN xidmət" mərkəzlərində göstərilən xidmətlərdən yararlanır.