Prezident Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayırdı - SƏRƏNCAM

Prezident Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayırdı - SƏRƏNCAM
SOSİAL
14:33 22.11.2022
254
Bakı şəhərinin Nərimanov rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsinə 4,23 milyon manat ayrılıb.

AZXEBER.COM xəbər verir ki, Prezident İlham Əliyev noyabrın 22-də bununla bağlı sərəncam imzalayıb.

Sərəncamla Bakı şəhərinin Nərimanov rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 4,23 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
OXŞAR XƏBƏRLƏR