AZXEBER.COM AzərTac-a istinadən xəbər verir ki, bununla bağlı İlham Əliyev sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, İlqar Əziz oğlu Mustafayev Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi təyin edilsin.
Qeyd edək ki, Bayraq Meydanının sabiq rəisi Rəşad Məmmədov prezidentin sərəncamı ilə vəzifəsindən azad olunub. Səbayel Rayon Məhkəməsində isə onunla bağlı həbs qətimkan tədbiri seçilib