Prezident bələdiyyələrlə bağlı qanunda dəyişikləri təsdiqlədi

Prezident bələdiyyələrlə bağlı qanunda dəyişikləri təsdiqlədi
SİYASƏT
19:11 26.08.2019
3390

Prezident İlham Əliyev "Bələdiyyələrin statusu haqqında” Qanununda dəyişiklikləri təsdiqləyib.

Qanuna təklif edilən 49-1-ci maddə qeyd edilir ki, müvafiq icra hakimiyyəti orqanı bələdiyyələrin fəaliyyətinin təşkil edilməsinə kömək edir və onlara yerli özünüidarəetmə fəaliyyətinin qanunauyğun həyata keçirilməsi sahəsində metodoloji yardım göstərilməsi üzrə tədbirlər görür.

 

Eyni zamanda qanuna təklif olunan 10-1-ci maddə bildirilib ki, müvafiq icra hakimiyyəti orqanı bələdiyyə üzvləri və qulluqçularının peşəkarlıq səviyyəsinin artırılması məqsədilə xarici dövlətlərin yerli özünüidarəetmə orqanları, onların assosiasiyaları və ixtisaslaşdırılmış təşkilatları ilə təcrübə mübadiləsini təşkil edir.

OXŞAR XƏBƏRLƏR