Prezident: Bu gün Dağlıq Qarabağda yaşayan insanlar Azərbaycan vətəndaşlarıdır

Prezident: Bu gün Dağlıq Qarabağda yaşayan insanlar Azərbaycan vətəndaşlarıdır
SİYASƏT
12:26 01.12.2020
934
"Mən bir daha demək istəyirəm, - artıq onu demişəm, - onsuz da biz Laçını da, Kəlbəcəri də, Ağdamı da alacaqdıq. Bizim planlarımız var idi və biz ardıcıl şəkildə bu planlara doğru gedirdik. Ancaq hər kəs bilməlidir ki, Kəlbəcər və Laçın rayonlarının çox çətin relyefi var. Kəlbəcər rayonuna əvvəlki, sovet dövründə gedən yol Ağdərə rayonundan keçirdi. Sovet vaxtında bu rayona Mardakert deyilirdi, orada ermənilər yaşayırdı. Başqa yol demək olar ki, yox idi. Biz indi Kəlbəcərə Göygöl və Daşkəsən rayonlarından daxil olmuşuq. Xüsusilə qış mövsümünü, çətin relyefi nəzərə alsaq böyük itkilərimiz ola bilərdi. Həm Ağdam, həm Laçın, həm Kəlbəcər rayonlarının azad edilməsi işində böyük itkilərimiz ola bilərdi və böyük vaxt sərf olunacaqdı".

AZXEBER.COM xəbər verir ki, bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib.

"Ona görə bizim qələbəmiz tarixi Qələbədir. Biz bir neçə rayonu döyüş meydanında düşməndən azad etdik, üç rayonu düşməni məcbur edərək qaytardıq və beləliklə, Dağlıq Qarabağ münaqişəsini həll etdik. İndi artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur. Əgər kimsə hesab edir ki, bu münaqişə hələ də davam edir, səhv edir. Bu gün Dağlıq Qarabağda yaşayan insanlar Azərbaycan vətəndaşlarıdır. Mən bir daha demək istəyirəm, onlar görəcəklər ki, vahid Azərbaycan dövləti çərçivəsində onların yaşayışı yaxşı olacaq. Onlar bu səfalətdən canlarını qurtaracaqlar. Baxın, biz indi Bərdədən Ağdama dəmir yolu çəkirik. Ağdamdan Xankəndiyə məsafə 20-30 kilometrdir. Amma Ermənistan paytaxtından Xankəndiyə gəlmək üçün neçə saat vaxt sərf etmək lazımdır - yük maşınları ilə bəlkə də on saat. Özü də çətin dağ yolları ilə. Ağdamdan isə Xankəndiyə yarım saat.

Bu, gələcək perspektivlərimizi diktə edəcək. Ona görə biz buna hazır olmalıyıq və öz strategiyamızı, öz taktiki addımlarımızı elə atmalıyıq ki, bundan sonra bu bölgədə bir dənə də təhlükə mənbəyi olmasın. Əlbəttə ki, bunun qarantı Azərbaycan Ordusudur. Əgər bu bölgənin coğrafiyasına hər kəs baxsa görər ki, bu gün Ermənistanı Dağlıq Qarabağla 5 kilometr enində dəhliz birləşdirir", - dövlət başçısı bildirib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
QHT sədri: “Ana dilində təhsil milyonlarla insanın haqlı gözləntisidir”
15:41 26.10.2026
QHT sədri: “Ana dilində təhsil milyonlarla insanın haqlı gözləntisidir”
Hikmət Hacıyev: Süni intellekt və sosial medialar real həqiqətin tapılmasını çətinləşdirir
15:29 26.10.2026
Hikmət Hacıyev: Süni intellekt və sosial medialar real həqiqətin tapılmasını çətinləşdirir
Hikmət Hacıyev: Ən birinci məqam xalqlar arasında etimad və barışığın bərpa edilməsidir
15:28 26.10.2026
Hikmət Hacıyev: Ən birinci məqam xalqlar arasında etimad və barışığın bərpa edilməsidir
“El Pizza” bağlandı
15:24 26.10.2026
“El Pizza” bağlandı
Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı
15:12 26.10.2026
Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı
Bu marşrutların hərəkət sxemi dəyişdirildi
15:06 26.10.2026
Bu marşrutların hərəkət sxemi dəyişdirildi
Paytaxtdakı tıxaclar iqtisadiyyata necə təsir edir?
14:58 26.10.2026
Paytaxtdakı tıxaclar iqtisadiyyata necə təsir edir?
Yelo Bank-ın “Parlaq sahillər” aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
14:55 26.10.2026
Yelo Bank-ın “Parlaq sahillər” aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
YAP-ın Balakən təşkilatının sabiq sədri həbs edildi
14:29 26.10.2026
YAP-ın Balakən təşkilatının sabiq sədri həbs edildi
Havalar niyə gah isti, gah da yağışlı keçir? - Ekoloqdan açıqlama
14:26 26.10.2026
Havalar niyə gah isti, gah da yağışlı keçir? - Ekoloqdan açıqlama
İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsini qəbul edib - FOTOLAR
14:08 26.10.2026
İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsini qəbul edib - FOTOLAR
Prezident BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul etdi - FOTOLAR
14:04 26.10.2026
Prezident BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul etdi - FOTOLAR
Prezident bu Avropa Konvensiyasına İkinci Əlavə Protokolu təsdiqlədi
13:52 26.10.2026
Prezident bu Avropa Konvensiyasına İkinci Əlavə Protokolu təsdiqlədi
Azərbaycan QHT-ləri Pezeşkiana müraciət etdi - MƏTN
13:46 26.10.2026
Azərbaycan QHT-ləri Pezeşkiana müraciət etdi - MƏTN
Ermənistan azaraq sərhədi keçmiş Azərbaycan vətəndaşını Bakıya təhvil verib
13:44 26.10.2026
Ermənistan azaraq sərhədi keçmiş Azərbaycan vətəndaşını Bakıya təhvil verib
Ailədən ayrı yaşamaq üçün nə qədər maaş lazımdır? – ARAŞDIRMA
13:43 26.10.2026
Ailədən ayrı yaşamaq üçün nə qədər maaş lazımdır? – ARAŞDIRMA