Prezident bu ölkələrin DİN rəhbərlərini qəbul etdi - Fotolar

Prezident bu ölkələrin DİN rəhbərlərini qəbul etdi - Fotolar
SİYASƏT
11:18 23.05.2025
279
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Türk Dövlətləri Təşkilatının (TDT) daxili işlər nazirlərinin ikinci görüşünün iştirakçılarından ibarət nümayəndə heyətini qəbul edib.

AZXEBER.COM xəbər verir ki, nümayəndə heyətinə Qazaxıstan daxili işlər naziri Erjan Sadenov, Qırğız Respublikasının daxili işlər naziri Ulan Niyazbekov, Türkiyənin daxili işlər naziri Ali Yerlikaya, Özbəkistanın daxili işlər naziri Aziz Taşpulatov, Şimali Kipr Türk Cümhuriyyətinin daxili işlər naziri Dursun Oğuz, Macarıstanın daxili işlər nazirinin müavini Bentse Retvari və Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev daxildir.
 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR