Prezident bu planı təsdiqlədi - SƏRƏNCAM

Prezident bu planı təsdiqlədi - SƏRƏNCAM
SOSİAL
17:12 28.02.2023
294
Prezident İlham Əliyev "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023–2025-ci illər üzrə Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında
sərəncam imzalayıb.

AZXEBER.COM xəbər verir ki, sərəncama əsasən, "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023–2025-ci illər üzrə Milli Fəaliyyət Planı” (bundan sonra – Milli Fəaliyyət Planı) təsdiq edilib (əlavə olunur).

Milli Fəaliyyət Planında icraçı qismində nəzərdə tutulmuş mərkəzi icra hakimiyyəti orqanlarına, publik hüquqi şəxslərə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə tapşırılsın, Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Azərbaycan Respublikasının Mərkəzi Bankına, Azərbaycan Respublikasının Auditorlar Palatasına və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına isə tövsiyə edilib ki, Milli Fəaliyyət Planının icrası üzrə illik iş planlarını təsdiq etsinlər və bu barədə məlumatı "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq yaradılan Koordinasiya Şurasına (bundan sonra - Koordinasiya Şurası) və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına göndərsinlər.

Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrası barədə hər il yanvarın 31-dək Koordinasiya Şurasına və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına illik hesabat təqdim etməlidirlər.

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına və Koordinasiya Şurasına tövsiyə edilsin ki, Milli Fəaliyyət Planının yerinə yetirilməsi ilə əlaqədar görülən işlərin vəziyyətini birgə təhlil edib bu barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidirlər.

Koordinasiya Şurasına tövsiyə edilib ki, Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirsin və Milli Fəaliyyət Planından irəli gələn digər zəruri tədbirlər görsün.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dövlətə 8 milyon borcu olan sahibkar kimdir?
18:30 17.03.2026
Dövlətə 8 milyon borcu olan sahibkar kimdir?
Özünü həkim kimi təqdim edənlərin tibb təhsili yox imiş - ADLAR/FOTO
18:26 17.03.2026
Özünü həkim kimi təqdim edənlərin tibb təhsili yox imiş - ADLAR/FOTO
Aİ Hörmüz boğazı ilə bağlı diplomatik həll yolu axtarır
18:21 17.03.2026
Aİ Hörmüz boğazı ilə bağlı diplomatik həll yolu axtarır
İsrail ordusu İranın raket istehsalı obyektlərinə və komanda mərkəzlərinə zərbələr endirib
18:10 17.03.2026
İsrail ordusu İranın raket istehsalı obyektlərinə və komanda mərkəzlərinə zərbələr endirib
“Neftçi” və “Qarabağ” 4 gündə iki dəfə üz-üzə gələcəklər
18:00 17.03.2026
“Neftçi” və “Qarabağ” 4 gündə iki dəfə üz-üzə gələcəklər
İstintaq təcridxanasına narkotik keçirilməsinin qarşısı alınıb
17:53 17.03.2026
İstintaq təcridxanasına narkotik keçirilməsinin qarşısı alınıb
Zelenski “Drujba” neft kəmərini ay yarıma təmir etməyə söz verib
17:42 17.03.2026
Zelenski “Drujba” neft kəmərini ay yarıma təmir etməyə söz verib
Rəşad Nəbiyevin müavinlərinin sayı artırıldı - Prezidentdən Fərman
17:25 17.03.2026
Rəşad Nəbiyevin müavinlərinin sayı artırıldı - Prezidentdən Fərman
Bişkekdə Novruz və Ramazan bayramlarına həsr olunmuş tədbir keçirildi - FOTOLAR
17:23 17.03.2026
Bişkekdə Novruz və Ramazan bayramlarına həsr olunmuş tədbir keçirildi - FOTOLAR
Polşa İrana qoşun göndərməyəcək
16:59 17.03.2026
Polşa İrana qoşun göndərməyəcək
Bakıda marketdən ərzaq oğurlayanlar həbs olundular - ANBAAN VİDEO
16:49 17.03.2026
Bakıda marketdən ərzaq oğurlayanlar həbs olundular - ANBAAN VİDEO
Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
16:39 17.03.2026
Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
Nərimanovda 2, 3, 4 otaq, premium təmirli mənzillərin satışı davam edir - "Kristal!"
16:34 17.03.2026
Nərimanovda 2, 3, 4 otaq, premium təmirli mənzillərin satışı davam edir - "Kristal!"
Ekspert: Hörmüz boğazının bağlanması enerji bazarını sarsıda bilər
16:20 17.03.2026
Ekspert: Hörmüz boğazının bağlanması enerji bazarını sarsıda bilər
Misirdə azərbaycanlı tədqiqatçı-alim “Peyğəmbərin Möhürü” ordeni ilə təltif olundu
16:16 17.03.2026
Misirdə azərbaycanlı tədqiqatçı-alim “Peyğəmbərin Möhürü” ordeni ilə təltif olundu
"Müəllimin şagirdi sinif yoldaşlarının yanında alçaltması ciddi psixoloji təsir yaradır" - Ekspert
16:12 17.03.2026
"Müəllimin şagirdi sinif yoldaşlarının yanında alçaltması ciddi psixoloji təsir yaradır" - Ekspert