Prezident: "Bu xəstəxana pandemiyaya qarşı mübarizədə əlavə imkanlar yaradacaq"

SİYASƏT
16:51 28.03.2020
2849

Bu gün Prezident İlham Əliyev "Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak etdikdən sonra xəstəxananın kollektivi ilə görüşüb.

AZXEBER.COM-un xəbərinə görə, görüş zamanı dövlət başçısı bu gün ölkənin ən böyük tibb ocaqlarından birinin fəaliyyətə başladığını qeyd edib, onun müasir avadanlıqla təchiz olunduğunu bildirib.

Azərbaycanda koronavirusun yayılmasının qarşısının alınması sahəsində görülən işlərdən danışan Prezident vurğulayıb ki, bu tibb müəssisəsinin istifadəyə verilməsi pandemiyaya qarşı mübarizədə əlavə imkanlar yaradacaq.

OXŞAR XƏBƏRLƏR