Prezident büdcədən 11 milyon manat ayırdı

Prezident büdcədən 11 milyon manat ayırdı
SİYASƏT
19:04 29.11.2018
5505
Prezident İlham Əliyev Zaqatala rayonunun Zaqatala-Aşağı Tala-Üçüncü Tala-Dağlı-Muğanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

17 min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 11 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
OXŞAR XƏBƏRLƏR