Prezident: "Bütün dünya bunu etiraf edir ki, azərbaycanlılar ləyaqətlə vuruşdular, kişi kimi vuruşdular"

Prezident: "Bütün dünya bunu etiraf edir ki, azərbaycanlılar ləyaqətlə vuruşdular, kişi kimi vuruşdular"
SİYASƏT
14:33 30.04.2022
639
"Bütün dünya bunu etiraf edir ki, azərbaycanlılar ləyaqətlə vuruşdular, kişi kimi vuruşdular, düşməni qovdular, diz çökdürdülər və öz sözlərinə əməl etdilər".

AZXEBER.COM xəbər verir ki, bunu Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının 23-cü ildönümü münasibətilə aprelin 30-da Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin "N” saylı hərbi hissəsində şəxsi heyət qarşısında çıxışı zamanı deyib.

"Zəfər yolu ilə Şuşaya yaxınlaşarkən o sıldırım qayaları görəndə hər dəfə mənim gözlərimin önünə siz gəlirsiniz. Bu alınmaz qala necə alındı - yüngül silahlarla, şəhər döyüşlərində, əlbəyaxa döyüşlərdə. Qarşıda, yuxarıda, dağın başında təpədən dırnağa qədər silahla, topla, tankla silahlanmış ermənilər sizin qarşınızda aciz idilər. Həm gücünüz, həm iradəniz, peşəkarlığınız və Vətən sevgisi. Siz öz Vətəniniz uğrunda doğma torpaqda vuruşurdunuz. İşğalçı düşmən isə Azərbaycan torpağında sizin qarşınızda duruş gətirə bilməzdi. Şuşanın azad olunması müharibənin ən parlaq səhifəsidir. Bu gün dünyanın aparıcı hərbi məktəblərində Şuşa əməliyyatı, Hadrut əməliyyatı, digər əməliyyatlar öyrənilir.

İkinci Qarabağ müharibəsindən ilyarım keçib. Hərbi ekspertlər, bu məsələ ilə, münaqişələrlə məşğul olan insanlar bu günə qədər Azərbaycan Zəfəri haqqında danışırlar və mənə bu məsələ ilə bağlı, müharibə ilə, Zəfərimizlə bağlı çoxsaylı suallar verilir. Nə, hansı amillər bu Qələbəni şərtləndirdi? Onların arasında birinci Vətən sevgisidir. Yəni, sizi ölümə aparan, "öldü var, döndü yoxdur” deməyə vadar edən Vətən sevgisi idi və biz bunu nümayiş etdirdik. Bütün dünyaya nümayiş etdirdik ki, biz böyük xalqıq və müharibəni biz ləyaqətlə aparmışıq. Mənfur düşmən döyüş meydanında məğlubiyyətə uğrayarkən bizim şəhər və kəndlərimizi namərd atəşə tutmuşdur. Yüzdən çox dinc insan, onların arasında uşaqlar, qadınlar bu namərd atəş altında öz həyatlarını itirdilər. Biz isə ləyaqətlə müharibəni apardıq və müharibə zamanı mən deyirdim ki, biz qisasımızı döyüş meydanında alacağıq. Biz mülki vətəndaşlarla heç vaxt vuruşmamışıq və vuruşmayacağıq. Azərbaycan xalqının ülvi keyfiyyətləri bizə imkan verməz və belə də oldu. Bütün dünya bunu etiraf edir ki, azərbaycanlılar ləyaqətlə vuruşdular, kişi kimi vuruşdular, düşməni qovdular, diz çökdürdülər və öz sözlərinə əməl etdilər", - İlham Əliyev bildirib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Göygöldə uşaq musiqi məktəbinə yeni royal təqdim edildi - FOTOLAR
16:34 08.10.2026
Göygöldə uşaq musiqi məktəbinə yeni royal təqdim edildi - FOTOLAR
“İlham Əliyevin Türkmənistan səfəri regional əməkdaşlığın inkişafına təkan verir”- Deputat
16:32 08.10.2026
“İlham Əliyevin Türkmənistan səfəri regional əməkdaşlığın inkişafına təkan verir”- Deputat
Siyasi etimaddan real iqtisadiyyata: Azərbaycanın sədrliyi regiona nə vəd edir?
16:25 08.10.2026
Siyasi etimaddan real iqtisadiyyata: Azərbaycanın sədrliyi regiona nə vəd edir?
“Orta Dəhliz Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirən əsas marşrutlardan birinə çevrilə bilər”
16:20 08.10.2026
“Orta Dəhliz Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirən əsas marşrutlardan birinə çevrilə bilər”
400-dən çox şirkət Azərbaycanda – Mərkəzi Asiyanın marağı niyə artır?
16:19 08.10.2026
400-dən çox şirkət Azərbaycanda – Mərkəzi Asiyanın marağı niyə artır?
Kişilərin saçı yaş artdıqca niyə tökülür? – Əsas səbəb nədir?
16:16 08.10.2026
Kişilərin saçı yaş artdıqca niyə tökülür? – Əsas səbəb nədir?
Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar
16:08 08.10.2026
Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar
Azərbaycanın U-20 millisinin üzvü "Olimpiakos"un düşərgəsində
16:05 08.10.2026
Azərbaycanın U-20 millisinin üzvü "Olimpiakos"un düşərgəsində
Prezidentin Türkmənistan səfəri ilə bağlı gözlənti: “Yeni imkanlar yaranır”
16:02 08.10.2026
Prezidentin Türkmənistan səfəri ilə bağlı gözlənti: “Yeni imkanlar yaranır”
Yüksək vəzifəyə təyin olunan Səbuhi Əliyev kimdir? – DOSYE
15:47 08.10.2026
Yüksək vəzifəyə təyin olunan Səbuhi Əliyev kimdir? – DOSYE
Yusif Yusifov vəzifəsindən azad olundu - Prezidentdən yeni təyinat
15:46 08.10.2026
Yusif Yusifov vəzifəsindən azad olundu - Prezidentdən yeni təyinat
“Azərbaycanın sədrliyi yeni əməkdaşlıq imkanları yaradacaq”
15:31 08.10.2026
“Azərbaycanın sədrliyi yeni əməkdaşlıq imkanları yaradacaq”
Könül Nurullayeva: Azərbaycanın Mərkəzi Asiyada rolu daha da güclənir
15:08 08.10.2026
Könül Nurullayeva: Azərbaycanın Mərkəzi Asiyada rolu daha da güclənir
Rəna Abbasovaya yüksək vəzifə verildi
14:55 08.10.2026
Rəna Abbasovaya yüksək vəzifə verildi
İlham Əliyev Sərdar Berdiməhəmmədovla görüşdü - FOTOLAR
14:31 08.10.2026
İlham Əliyev Sərdar Berdiməhəmmədovla görüşdü - FOTOLAR
"Atəş açmasaydı, əsgəri Azərbaycana qaytaracaqdıq"
14:13 08.10.2026
"Atəş açmasaydı, əsgəri Azərbaycana qaytaracaqdıq"