Prezident Buzovnada orta məktəbin açılışında iştirak edib
SİYASƏT
16:21 28.08.2013
1455
Azərbaycan Prezidenti İlham Əliyev avqustun 28-də Xəzər rayonunun Buzovna qəsəbəsindəki 26 nömrəli orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub, yeni tədris korpusunun açılış mərasimində iştirak edib.Bakı şəhərinin və onun qəsəbələrinin sosial inkişafına dair Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq paytaxtın orta ümumtəhsil məktəblərinin əsaslı təmir və yenidənqurma işləri davam etdirilir. Təmir işləri ilə yanaşı, ehtiyacı olan məktəblər üçün yeni sinif otaqları, tədris korpusları, idman və akt zalları, yeməkxanalar inşa olunur və lazımi avadanlıqla təchiz edilir, təhsil müəssisələrinin ərazilərində abadlıq işləri həyata keçirilir.Dövlət başçısı 26 nömrəli orta məktəbin təmirdən əvvəlki vəziyyətini əks etdirən fotolardan ibarət stendə baxıb.Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağı Prezident İlham Əliyevə məlumat verərək bildirib ki, 1969-cu ildə inşa olunan məktəbdə Dövlət Proqramına uyğun olaraq əsaslı təmir və yenidənqurma işləri ötən il başa çatdırılıb. Sinif otaqları, idman və iclas zalları tam təmir olunmuş, bütün elektrik və kommunikasiya xətləri dəyişdirilib.Dövlət başçısı sinif otaqlarına, idman və iclas zallarına baxıb, buradakı şəraitlə maraqlanıb.