Prezident daha bir generalı işdən çıxardı

SİYASƏT
14:45 17.08.2015
2425
Müdafiə Nazirliyində daha bir nəfər vəzifədən çıxarılıb.

AZXEBER.COM aznews.az-a istinadən xəbər verir ki, nazirliyin Kadrlar İdarəsinin rəisi, general-mayor Rasim Əliyev vəzifəsindən azad edilib.

General-mayor Müdafiə Nazirliyinin Mənəvi psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi vəzifəsinə gətirilib.

Məlumat üçün bildirək ki, sözügedən vəzifənin rəisi, polkovnik Rüfət Əmirov dünən bu vəzifədən çıxarılıb. O, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Rasim Əliyev 2014-cü ilin may ayında Kadrlar İdarəsinin rəisi təyin edilmişdi. Bundan əvvəl isə o, Naxçıvan Muxtar Respublikasındakı Heydər Əliyev adına Hərbi Liseyin rəisi postunda idi.

OXŞAR XƏBƏRLƏR