Prezident daha bir Xalq artistinə ev verdi

TOP4
13:35 08.07.2019
4412
Prezident İlham Əliyev Xalq artisti Heydər Anatolluya ev bağışlayıb.

AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, bu haqda müğənni özü bildirib.

Mərhum müğənni Anatollu Qəniyevin oğlu deyib ki, Bakı Şəhəri İcra Hakimiyyətindən zəng vuraraq cənab Prezidentin ona mənzil hədiyyə etdiyini bildiriblər:

"Artıq evlə tanış olmuşam. Üç otaqlıdır. Yeni Yasamal ərazisində yerləşir.

Cənab prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Bu, sənətimə və səhnə fəaliyyətimə verilən ən yüksək dəyərdir”.

Qeyd edək ki, bundan əvvəl ölkə başçısı Xalq artisti Məmmədsəfa Qasımova, Əməkdar artistlər Vəfa Rzayevaya, Sənubər İsgəndərliyə də ev hədiyyə edib.

OXŞAR XƏBƏRLƏR