Prezident əhalinin bütün zümrələrinə daima qayğı ilə yanaşır - ŞƏRH

SOSİAL
14:44 03.06.2020
205
Möhtərəm cənab Prezidentimiz İlham Əliyev may ayının 27də "Qobu 3” yaşayış kompleksinin açılışında məcburi köçkünləri və bütün Azərbaycan xalqını Respublika günü münasibətilə təbrik edərək qeyd etmişdir ki, hörmətli Vitse-Prezident Mehriban xanımın təşəbbüsü ilə 2017-ci ildən başlayaraq "Qobu 1” və "Qobu 2” layihəsi 2018 və 2019-cu illərdə istifadəyə verilmiş, bu gün isə "Qobu 3” layihəsinin açılışına toplaşmışıq. Bu üç şəhərçikdə 20 minə yaxın insan yaşayacaqdır. Çox sevindirici haldır ki, bir neçə il bundan əvvəl çağırışımıza qoşulan özəl sektorlar bu önəmli sosial layihələrin icrasında yaxından iştirak etmişlər. Bu gün koronavirus şəraitində "Paşa Holdinq” şirkəti və digər özəl şirkətlər ötən illərdə olduğu kimi hazırda da öz xeyirxah əməllərini davam etdirirlər. Bu şəhərcikdə həyata keçirilən bütün layihələr, bütün investisiyalar, özəl sektor tərəfindən təmin edilmişdir.

2003-ci ildə Prezident seçkiləri ərəfəsində proqramımın tərkib hissəsində söz vermişdim ki, beş il ərzində Azərbaycanda bir dənə də olsun çadır şəhərciyi qalmayacaq. Nəinki 5 il, 4 il ərzində biz buna nail olduq. Beləliklə də çadır şəhərciklərinin ləğv edilməsi, indiyədək 100-dən çox qəsəbə şəhərcik salınması çox böyük uğurumuzdur. Bu gün də məcburi köçkünlərlə bağlı bütün layihələr yubanmadan uğurla davam etdirilir.

Ancaq Azərbaycan xalqı bilməlidir ki, bunlar məcburi köçkünlər üçün müvəqqəti yaşayış yeridir. Azərbaycan əzəli bütövlüyünü bərpa edəcək, bizim hərbi gücümüz 2016-cı və 2018-ci illərdəki uğurlu hərbi əməlyatlar nəticəsində minlərlə hektar torpağımız işğalçılardan azad edilmişdir. Cocuq Mərcanlı uğurlu hərbi əməlyatından sonra məcburi köçkünlərin azad olunmuş torpaqlara qayıtması üçün qısa zamanda orada və Dağlıq Qarabağın ərazisində yerləşən Sıxrax qəsəbəsində böyük şəhərciklər salınmışdır. Hətta bu gün məcburi köçkünlər həmin ərazilərə qayıtmaq üçün növbəyə durmuşlar. Azərbaycanın işğal olunmuş torpaqları azad edildikdən sonra bütün torpaqlarımızda bərpa işləri görüləcəkdir. Biz yaxşı bilirik ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Ermənilər tərəfindən işğal olunmuş torpaqlarımız, dağıdılmış və məhv edilmiş abidələrimiz işğaldan azad edildikdən sonra bütün binalar yenidən qurulacaq və dağıdılmış tarixi abidələrimizin mövcudluğunu əks etdirən memarlıq tədbirləri görüləcəkdir.

Möhtərəm cənab Prezident həmçinin qeyd etmişdir ki, bu yaxınlarda Dağlıq Qarabağda keçirilən qondarma "prezident seçkiləri”ni heç kim tanımadı. ATƏT-in Minsk qurupunun həmsədirləri, Avropa ittifaqı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti və digər təşkilatlar bəyanat veriblər ki, bu seçkiləri tanımırlar. Bilirsiniz ki, Dağlıq Qarabağ probleminin həlli tarixi məsələdir, bu məsələ birdəfəlik və tam həll olunmalıdır. Dağlıq Qarabağ məsələsi ancaq ölkəmizin ərazi

bütövlüyü çərçivəsində öz həllini tapa bilər. Lakin Ermənistan rəhbərliyi öz populist çıxışlarında bunu inkar etməyə çalışır, burada da riyakarlıq edir, öz xalqını və vasitəçiləri aldadır.

Azərbaycan xalqı bilir ki, Azərbaycanın başında Heydər Əliyev olsaydı heç vaxt bir qarış torpaqda düşmən tərəfindən işğal oluna bilməzdi. Çünki onun dövründə Azərbaycan hakimiyyəti Dağllq Qarabağda elə bir möhkəm iradəyə sahib idi ki, bir nəfər ermənidə səsini çıxara bilmirdi. 1980-ci illərdə Ulu Öndərlə birlikdə Dağlıq Qarabağda olanda ermənilər Heydər Əliyevin qarşısında fərəqət dururdular, onu salamlayırdılar. Heydər Əliyevin qətiyyəti, iradəsi , cəsarəti, müdrikliyi imkan vermirdi ki, bir nəfər erməni baş qaldırsın. Orada Azərbaycan dilində poeziya günü keçirilmişdir. Erməni, Azərbaycan şairləri Azərbaycan dilində şeirlər deyirdilər. Lakin Heydər Əliyev Moskvada işləyəndə ermənilər və yerli satqınlar anonim məktublar yazırdılar. O vaxt Siyasi Büroya yazırdılar, indi isə Qərb ölkələrinə "danos” yazırlar. O vaxt da indi də danos yazanların bir məqsədi var nəyin bahasına olursa-olsun hakimiyyəti ələ keçirsinlər. 1987-ci ilin noyabırında Heydər Əliyev vəzifəsindən gedəndən iki həftə sonra erməni millətçisi Fransa qazetində çıxış etdi ki, Dağlıq Qarabağ Ermənistana verilməlidir. Azərbaycan hakimiyyəti isə ermənilərin bu çıxışına biganə qaldılar, heç bir reaksiya vermədilər. Cəmi 3-4 ay keçdi, 1988-ci ilin fevral ayında ermənilər Sumqayıt şəhərində bir dəstə yaradıb bir neçə ermənini öldürdü.
 
Bu təxribatı törədən məhz ermənilər oldu. Bununlada təxribatı törədənlər fürsətdən istifadə edib Dağlıq Qarabağ məsələsini qaldırırdılar. Sovet İttifaqı dağılandan sonra xalqımıza qarşı Xocalı soyqrımı törədildi, 1992-ci ilin may ayında Şuşa və Laçın işğal olundu. Azərbaycan hakimiyyəti öz vətəndaşlarını qoruya bilmədi. Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəlmək üçün xəyanətə əl atdılar. Alınmaz qala olan Şuşanı müdafiə etmək əvəzinə qaçıb qizləndilər. Kəlbəcərin müdafiəsini düzgün qura bilmədilər. Kəlbəcər, Laçın, Şuşa rayonları işğal edildikdən sonra Dağlıq Qarabağla Ermənistan arasında bağlantı yarandı. AXC isə o zamanlarda Gəncəni bombalayırdı. Məhz ondan sonra Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəldi və vəziyyəti stabilləşdirdi. Bu gün vəziyyəti düzəltmək, torpaqları işğaldan azad etmək üçün böyük səylər göstərilir. Ancaq Aprel döyüşləri və uğurlu Naxçıvan əməlyyatı göstərdi ki, Azərbaycan Ordusu qarşıya qoyulan istənilən vəzifəni müvəffəqiyyətlə icra edə bilər. Rus imperyasının dağılması nəticəsində yaranmış Azərbaycan Xalq Cumhuriyyəti cəmi iki ilə yaxın yaşadı, müstəqillik elan olundu, dövlət atributları təsis edildi.
 
Milli Ordu, Bakı Dövlət Universiteti yaradıldı, mütərəqqi qanunlar qəbul edildi. Lakin müstəqillik şərti xarakter daşıyırdı, çünki Bakıda söz sahibləri xarici generallar idi, hətta Azərbaycan Xalq Cumhuriyyəti öz addımlarını, dövlət atributları ilə bağlı planlarını onlarla razılaşmalıydılar. Ona görədə Azərbaycan Xalq Cumhuriyyətinin ilk qərarlarından biri İrəvanı bizim qədim şəhərimizi Ermənistana vermək olmuşdur. Xalqımız və əsasəndə gənc nəsil bu həqiqətləri bilməlidir. Bunun nəticəsində müstəqillik iki ilə yaxın yaşadı, Azərbaycanın başında duranların bir çoxu ölkəni tərk etdi, müstəqillik əldən getdi.

Bizim 1920-ci ildə endirilən üçrəngli bayrağımızı 70 il sonra Heydər Əliyev Naxçıvanda yenidən qaldırdı. Gücün varsa, bayraq həmişə yüksəklərdə olacaq. O vaxt Naxçıvan Ali Sovetinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağı rəsmi bayraq kimi qəbul edildi. Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırıldı ki, onlar da eyni addımı atsınlar. Etmədilər, çünki qorxdular. O vaxt hələ Sovet İttifaqı dağılmamışdır.
 
Qorxdular ki, Moskvadan bunları tənbeh edəcəklər. Ona görə bu tarixi gün həmişə həm qürur mənbəyimiz olmalıdır, həm də daim yadda saxlamalıyıq ki, biz müstəqlliyi əbədi, dönməz etməliyik. Bunu kim etməlidir? Biz – Azərbaycan xalqı, Azərbaycan hakimiyyəti. Ona görə ölkəmizin gücləndirilməsi, mövqelərimizin möhkəmləndirilməsi, ölkəmizdə aparılan islahatlar iqtisadi, sosial sahədə, milli dəyərlərlə bağlı olan tədbirlərimiz, gənclərin milli ruhda tərbiyə olunması sırf bu məqsədi güdür ki, bundan sonra Azərbaycan heç vaxt kiminsə müstəmləkəsi olmasın, həmişə qürurlu, həmişə möhkəm ayaqda dayanan, müstəqil dövlət olsun və xalqımız həmişə azad olsun.
 
Naftalan ziyalı Möhübbət Bədəlov

OXŞAR XƏBƏRLƏR