Prezident Ərdoğan və Səlçuk Bayraktar arasında maraqlı dialoq – VİDEO

Prezident Ərdoğan və Səlçuk Bayraktar arasında maraqlı dialoq – VİDEO
DÜNYA
11:51 11.04.2023
233
Dünyanın ilk SİHA gəmisi və Türkiyənin ən böyük hərbi gəmisi olan TCG Anadolu Türkiyə donanmasının xidmətinə girib.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən mərasimdə bir dialoq diqqət çəkib.

Gəmini araşdıran Ərdoğan Səlçuk Bayraktara xitab edərək, "Selçuk, "Kızılelma”nı nə vaxt uçuracaqsınız?” deyə soruşub.  Səlçuk Bayraktar "2025-ci ildə gəmidən xidmətə başlayacaq" deyə cavab verib.

Təslim mərasimində Türkiyənin Baykar tərəfindən hazırlanmış ilk pilotsuz döyüş təyyarəsi Bayraktar Kızılelma və qatlanan qanadlı Bayraktar TB3 SİHA da TCG Anadolu-nun uçuş göyərtəsində olub.

Mərasimdən sonra gəmini gəzən prezident Ərdoğan və onu müşayiət edən adlar ilə Baykar İdarə Heyətinin sədri və Texnologiya Lideri Səlçuk Bayraktar arasında diqqətçəkən dialoq yaşanıb.

Həmin dialoqu təqdim edirik:
 
Ayşən

OXŞAR XƏBƏRLƏR