"Seləli – bura da dağıdılıb. Görün nə günə qoyublar! Mən hələ müharibədən əvvəl deyirdim ki, bizim bütün kəndlərimiz, şəhərlərimiz talan edilib. Ermənilər dam örtüklərini, pəncərə çərçivələrini, hər şeyi aparıblar. Açıq-aşkar oğurluq ediblər. Bizim torpaqlarımızı istismar ediblər”.
Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qubadlı rayonunun Seləli kəndinə səfəri zamanı deyib.
Dövlət başçısının videogörüntüsünü Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində paylaşıb.