Prezident ermənilərin 'arzusunu gözündə qoydu'

DÜNYA
19:40 11.05.2013
1521
Obama administrasiyası ABŞ-ın Ali Məhkəməsini qondarma erməni soyqırımı ilə bağlı məsələyə baxmamağı çağırıb. ANS PRESS-in məlumatına görə, bu barədə Amerika Erməni Milli Komitəsi məlumat yayıb.Söhbət ABŞ-ın Kaliforniya ştatının guya Osmanlı imperiyasında törədilmiş qondarma “erməni soyqırımı”nın qurbanlarının qohumlarına sığorta şirkətlərindən əvvəllər ödənilməmiş kompensasiyaları tələb etməyi imkan verən qanunu ləğv etməsi ilə bağlı qərardan apellyasiya şikayətindən gedir.Məhkəmə, Kaliforniyada 2000-ci ildə qəbul edilmiş qanunun “Kaliforniya ştatı üçün ayrıca xarici siyasət yaratdığını” hesab edib."Barak Obama Rəcəb Tayyib Ərdoğanın Vaşinqtona rəsmi səfəri ərəfəsində Türkiyəyə siyasi hədiyyə etmək qərarına gəlib. Obama administrasiyası özünün erməni soyqırımını inkar etmək yolunda fəaliyyətini bir qədər də dərinləşdirmək qərarına gəldi. Ancaq biz ABŞ prezidentinin öz prinsipindən dönməsinə baxmayaraq mübarizəmizi davam etdirəcəyik", - deyə Amerika Erməni Milli Komitəsinin icraçı direktoru Aram Ambaryan bildirib.

OXŞAR XƏBƏRLƏR