AZXEBER.COM Azertac-a istinadən xəbər verir ki, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov görülən işlərlə bağlı dövlət başçısına məlumat verib.
Bu inzibati bina 1979-cu ildə tikilib və o vaxtdan əsaslı təmir edilməyib. Beşmərtəbəli binada aparılan yenidənqurma işləri zamanı fasad tamamilə yenilənib. Əvvəllər ümumi sahəsi 2500 kv.m olan binanın ərazisi genişləndirilərək 2875 kv. m-ə çatdırılıb.
Prezident İlham Əliyev vətəndaşların qəbulu otağında yaradılan şəraitlə tanış olub. Sonra dövlət başçısı icra hakimiyyəti binasının qarşısında yaradılan parka baxıb.






