"Prezident icra orqanları qarşısında mühüm vəzifələr qoyub" - Əli Həsənov

"Prezident icra orqanları qarşısında mühüm vəzifələr qoyub" -  Əli Həsənov
SİYASƏT
15:18 12.02.2016
1508
“Məqsəd genişdir və bu istiqamətdə də işlər davam etdirilir”.
Azərbaycanda milli mənəvi dəyərlərin, multikulturalist ideyaların təbliğində vətəndaş cəmiyyəti institutları, kütləvi informasiya vasitələri geniş imkanlara malikdir və onların bu sahədə rolunu getdikcə artırmağa çalışırıq.
AZXEBER.COM-un məlumatına görə, bunu Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “AzərTAc”a müsahibəsində deyib.
O bildirib ki, son zamanlar ölkəmizdə kütləvi informasiya vasitələrinin əhatə dairəsi getdikcə genişlənir:
“Gün ərzində əhalinin 75 faizindən çoxu televiziyaları, internet resurslarını izləyir, qəzet oxuyur. Odur ki, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında çalışan məmurlar multikulturalist ideyaların yayılmasında, milli mənəvi dəyərlərin zənginləşdirilməsində, əhalinin bu istiqamətdə maariflənməsində vətəndaş cəmiyyəti institutlarının, o cümlədən KİV-in imkanlarından daha geniş istifadə etməlidirlər”.
Regionlarda ictimaiyyətin nümayəndələri ilə keçirilən görüşlərə toxunanƏli Həsənov qeyd edib ki, bu görüşlər regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda dövlət başçısının verdiyi tapşırığa uyğun olaraq keçirilir:
“Bunun da bir neçə məqsədi var. Məqsədlərdən biri budur ki, əvvəla mərkəzi icra hakimiyyəti orqanları rayon əhalisi ilə daha sıx təmasda olsun. İctimaiyyət nümayəndələrinin hakimiyyət orqanları ilə bağlı təklifləri, rəyləri, ideya və təşəbbüsləri ümumiləşdirilərək həyata keçirilən islahatlar prosesində istifadə edilsin. Azərbaycan prezidenti müəyyənləşdirdiyi yeni iqtisadi kursa müvafiq olaraq, mərkəzi və yerli icra hakimiyyəti orqanları qarşısında mühüm vəzifələr qoyub.
Həmin görüşlərdə bu vəzifələr əhaliyə çatdırılır, yerlərdə onun izahı verilir. Bunda məqsəd ictimaiyyətin təşəbbüsləri ilə dövlətin yürütdüyü siyasəti birləşdirərək bu proqramlara dinamizm vermək, rayonlarda əhalinin, icra strukturlarının və bütövlükdə vətəndaş təşəbbüslərinin koordinasiyasını həyata keçirmək, islahatların daha sürətlə və effektiv aparılmasına şərait yaratmaqdır.
Digər məqsədlər də var: insanların məsuliyyətini artırmaq, yerli resursları işə salmaq, ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı prezidentin təşəbbüslərinin həyata keçirilməsində insanların dəstəyini təmin etmək, rayonlarda sahibkarlıq mühitini daha da təkmilləşdirmək, neqativ halların aradan qaldırılması üçün əhalidən gələn istək və arzuları ümumiləşdirmək və s. Yəni, məqsəd genişdir və bu istiqamətdə də işlər davam etdirilir”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
03:29 15.03.2026
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
02:17 15.03.2026
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
23:04 14.03.2026
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
Raket zərbələri nəticəsində İsfahanda fabrikdə 15 nəfər ölüb
22:54 14.03.2026
Raket zərbələri nəticəsində İsfahanda fabrikdə 15 nəfər ölüb