Prezident ildırım vuran hərbçiləri də təltif etdi - FOTO

Prezident ildırım vuran hərbçiləri də təltif etdi - FOTO
SOSİAL
14:14 17.08.2026
310
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında və dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqları icra edərkən vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları ölümündən sonra təltif ediliblər.

AZXEBER.COM lent.az-a istinadən bildirir ki, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilənlər arasında mayor Baxışlı Baxış Elşən oğlu və əsgər Nağıyev Əli Elşən oğlu da var.

Hər iki şəxs 2024-cü il 9 iyul tarixində DSX-nin Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində şəhid olublar.
 

 

 


OXŞAR XƏBƏRLƏR