Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi əməkdaşlarının təltif edilməsi haqqında Prezident İlham Əliyev sərəncam imzalayıb. AZXEBER.COM prezidentin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin 20 illiyi münasibətilə və müəllif hüquqlarının qorunmasında səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər: 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə İmanov Kamran Sultan oğlu “Tərəqqi” medalı ilə Kərimov Fuad Hüsü oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə Bədəlbəyli Nadirə Rasim qızı Həsənli Xudayət İskəndər oğlu











































