Prezident İlham Əliyev Akif Əlizadə ilə bağlı sərəncam verdi

Prezident İlham Əliyev Akif Əlizadə ilə bağlı sərəncam verdi
SOSİAL
14:19 23.06.2018
4393

Prezident İlham Əliyev Akif Əlizadənin Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Azxeber.com AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Prezidentinin 2014-cü il 11 dekabr tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi"nin 9.2-ci bəndinə uyğun olaraq və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndi ilə Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilmiş Akif Ağa Mehdi oğlu Əlizadə bu vəzifəyə təsdiq edilir.

OXŞAR XƏBƏRLƏR