Prezident İlham Əliyev: 'Azərbaycanda iqtisadi vəziyyət çox sabitdir'

Prezident İlham Əliyev:
10:27 13.03.2013
1134

Demək olar ki, hazırda Azərbaycanla Xorvatiya arasında mal dövriyyəsinin 100 faizini neft təşkil edir.

Bu, çox yaxşıdır, lakin biz iqtisadi əməkdaşlığımızda daha yeni sahələr görmək istəyirik.AZXEBER.COM-un məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Zaqrebdə xorvatiyalı iş adamları ilə görüşdə deyib.Dövlət başçısı qeyd edib ki, Azərbaycan birbaşa xarici investisiya imkanları baxımından cəlbedici ölkədir.

“Son 15 ildə Azərbaycana 130 milyard dollardan çox investisiya qoyulub və investisiya mühiti çox yaxşıdır. Azərbaycanda çoxlu layihələr həyata keçirilir. Tikinti, infrastruktur layihələri, nəqliyyat infrastrukturuna dair layihələrlə əlaqədar Xorvatiyadan olan şirkətlərin bizimlə tərəfdaşlığından məmnun olarıq.

Ümumiyyətlə, Azərbaycanda iqtisadi vəziyyət çox sabitdir, iqtisadi artım çox sürətlidir və investisiya mühiti çox yaxşıdır”.

Prezident bildirib ki, ötən il ölkə iqtisadiyyatına 8 milyard dollar xarici investisiya və təxminən 15 milyard dollar yerli investisiya qoyulub.

“İnvestisiyalar qorunur və həm də, bildiyiniz kimi, indi Azərbaycana qoyulan investisiya çoxşaxəli xarakter daşıyır. Bunlar əvvəllər olduğu kimi, yalnız enerji sektoru deyil, əsasən infrastruktur, xidmət və informasiya texnologiyaları sahələridir”.

OXŞAR XƏBƏRLƏR