Prezident İlham Əliyev Azərbaycanın ilk peyki münasibətilə xalqı təbrik etdi

Prezident İlham Əliyev Azərbaycanın ilk peyki münasibətilə xalqı təbrik etdi
11:03 08.02.2013
1204

"Bu gün ölkəmizin həyatında çox əlamətdar və tarixi bir gündür. Bu gün birinci Azərbaycan telekommunikasiya peyki orbitə çıxarıldı. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu, doğrudan da tarixi bir gündür, böyük nailiyyətdir, dövlətimizin böyük qələbəsidir. Bu hadisə onu göstərir ki, müstəqil Azərbaycan dövləti sürətlə, hərtərəfli inkişaf edir və biz artıq kosmik klubun üzvüyük. Bu hadisə münasibətilə bu işdə iştirak etmiş bütün qurumlara, bütün insanlara, ilk növbədə Azərbaycan mütəxəssislərinə minnətdarlığımı bildirmək istəyirəm. Bu gün bu salonda əyləşən gənc mütəxəssislərimiz artıq peşəkar mütəxəssislərdir, bizim fəxrimizdirlər. Mən çox şadam ki, bu gözəl idarəetmə mərkəzində çalışan işçilərin böyük əksəriyyəti Azərbaycan vətəndaşlarıdır". Dövlət başçısı bildirib ki, peykin orbitə çıxarılması beynəlxalq əməkdaşlıq çərçivəsində mümkün olub. Bu, Amerikanın “Orbital” və Fransanın “Arianespace” şirkətlərinin köməyi, dəstəyi, fəaliyyəti nəticəsində mümkün olmuşdur. Beynəlxalq əməkdaşlıq bütün sahələrdə inkişaf edir, artır. Biz kosmik sənayedə də bu əməkdaşlığın gözəl nəticələrini görürük. Azərbaycan uğurla inkişaf edir. Ölkəmizdə böyük quruculuq işləri aparılır. "Ölkəmizin beynəlxalq nüfuzu artır. Azərbaycan bu gün dünyanın birinci beynəlxalq qurumunun – BMT Təhlükəsizlik Şurasının üzvüdür. Azərbaycan iqtisadiyyatı mötəbər beynəlxalq maliyyə qurumları tərəfindən rəqabət qabiliyyətliliyinə görə MDB məkanında birinci, dünya miqyasında isə 46-cı yerdədir. Ölkəmizdə çox uğurlu iqtisadi islahatlar aparılır və yeni texnologiyaların, informasiya-kommunikasiya texnologiyalarının inkişafı bu gün Azərbaycanı fərqləndirən cəhətlərdən biridir. Təsadüfi deyil ki, 2013-cü il Azərbaycanda mənim Sərəncamımla “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilmişdir. Əminəm ki, biz bu il və bundan sonrakı illərdə informasiya-kommunikasiya texnologiyaları sahəsində daha da böyük nailiyyətlərə çatacağıq.  Birinci peykin orbitə çıxarılması əlbəttə, çox əlamətdar tarixi bir hadisədir. Biz bu işə beş il bundan əvvəl başlamışıq. 2008-ci ildə mənim tərəfimdən Azərbaycan peykinin orbitə çıxarılması haqqında qərar verilmişdir. 2009-cu ildə Dövlət Proqramı qəbul edilmişdir. 2010-cu ildə “Azərkosmos” Səhmdar Cəmiyyəti yaradılmışdır və artıq Azərbaycan kosmik klubun üzvünə çevrilib.  Biz gələcəkdə də yeni peyklərin orbitə çıxarılması istiqamətində fəal işləyirik və buna nail olacağıq. 2015-ci, 2016-cı illərdə əlavə iki peyk orbitə buraxılacaq və artıq Azərbaycanda kosmik sənayenin inkişafı üçün çox gözəl imkanlar yaranacaq.  İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı bizim uğurlu gələcəyimizi müəyyən edəcək, təmin edəcək. İnformasiya-kommunikasiya texnologiyaları sahəsi həm bilik, zəka, intellekt, eyni zamanda, biznes sahəsidir. Peykin fəaliyyəti nəticəsində Azərbaycan dövləti, eyni zamanda, maliyyə məsələlərini həll edəcək. Yəni, bu peykin fəaliyyəti iqtisadi cəhətdən də səmərəli olacaq. Eyni zamanda, informasiya-kommunikasiya texnologiyalarının inkişafı ümumən hər bir ölkənin inkişafını müəyyən edir. Gələcəkdə bu sahənin hər bir ölkə üçün nə qədər vacib olduğunu, əminəm ki, hər kəs görəcək. Hər bir ölkənin uğurlu, dayanıqlı inkişafı üçün informasiya-kommunikasiya texnologiyaları sahəsi həlledici rol oynayacaqdır. Mən buna əminəm. Mən çox şadam ki, biz bu istiqamətdə bütün işləri planlı, məqsədyönlü şəkildə aparırıq. Bütün addımları atırıq ki, ölkəmiz daha da güclənsin, Azərbaycan daha da müasir dövlətə çevrilsin. Bu yaxınlarda İnformasiya Texnologiyaları Universitetinin yaradılması haqqında imzaladığım sərəncam dediyim sözlərin təsdiqidir.  Bir daha bütün Azərbaycan xalqını bu tarixi hadisə münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Bu gün – 8 fevral 2013-cü il Azərbaycan tarixində qalacaq. Əminəm ki, bundan sonrakı illərdə bu sahədə daha da böyük uğurlar əldə ediləcək. Əziz həmvətənlər, sizi bu tarixi hadisə münasibətilə bir daha ürəkdən təbrik edirəm. Eşq olsun Azərbaycana!"

//anspress

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Qalatasaray" Edersonun transferini yekunlaşdırır - Detallar açıqlandı
19:14 31.07.2025
"Qalatasaray" Edersonun transferini yekunlaşdırır - Detallar açıqlandı
Ermənistan polisi zirehli döyüş maşınları ilə təmin ediləcək
18:54 31.07.2025
Ermənistan polisi zirehli döyüş maşınları ilə təmin ediləcək
"İmişli" serbiyalı yarımmüdafiəçi ilə müqavilə bağlayıb
18:34 31.07.2025
"İmişli" serbiyalı yarımmüdafiəçi ilə müqavilə bağlayıb
Füzulidə yük maşını ilə evakuator toqquşub, 2 nəfər xəsarət alıb
18:26 31.07.2025
Füzulidə yük maşını ilə evakuator toqquşub, 2 nəfər xəsarət alıb
Canlı yayıma hazırlaşan jurnalistin telefonu oğurlandı
18:23 31.07.2025
Canlı yayıma hazırlaşan jurnalistin telefonu oğurlandı
Bu ölkə Avropa Birliyinə çağırış etdi: İsrail Qəzzadakı öhdəliklərini yerinə yetirmir
18:12 31.07.2025
Bu ölkə Avropa Birliyinə çağırış etdi: İsrail Qəzzadakı öhdəliklərini yerinə yetirmir
Türkiyədə qadın ilk dəfə briqada generalı oldu
18:11 31.07.2025
Türkiyədə qadın ilk dəfə briqada generalı oldu
Tibb elmi ŞOKDA: Dünyanın ən qoca körpəsi 31 yaşında doğuldu
18:00 31.07.2025
Tibb elmi ŞOKDA: Dünyanın ən qoca körpəsi 31 yaşında doğuldu
İran Prezidenti: Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir
17:59 31.07.2025
İran Prezidenti: Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir
“Unibank”dan 0% komissiyalı kredit fürsəti – cəmi 2 gün!
17:51 31.07.2025
“Unibank”dan 0% komissiyalı kredit fürsəti – cəmi 2 gün!
Füzulidə yük maşını evakuatorla toqquşdu - VİDEO
17:50 31.07.2025
Füzulidə yük maşını evakuatorla toqquşdu - VİDEO
Bakı-Qazax yolunun bu hissələrində təmir aparılacaq - Sürücülərin nəzərinə!
17:46 31.07.2025
Bakı-Qazax yolunun bu hissələrində təmir aparılacaq - Sürücülərin nəzərinə!
Yayın istisində işıqsız qalan Binə sakinləri: "Problem nə zaman həll olunacaq?"
17:33 31.07.2025
Yayın istisində işıqsız qalan Binə sakinləri: "Problem nə zaman həll olunacaq?"
Sabahdan Bakı-Qazax yolunda avtomobillərin hərəkəti mərhələli məhdudlaşdırılacaq
17:30 31.07.2025
Sabahdan Bakı-Qazax yolunda avtomobillərin hərəkəti mərhələli məhdudlaşdırılacaq
Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyasına yeni baş katib təyin olundu
17:29 31.07.2025
Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyasına yeni baş katib təyin olundu
Dövlət Xidməti: Çoxuşaqlı analara əlavə məzuniyyət verilməsində pozuntu halları çoxdur
17:15 31.07.2025
Dövlət Xidməti: Çoxuşaqlı analara əlavə məzuniyyət verilməsində pozuntu halları çoxdur