Prezident İlham Əliyev Sumqayıtdakı Bayraq meydanında yaradılan şəraitlə tanış olub.Dövlət başçısına burada görülən təmir işləri ilə bağlı məlumat verilib.Təmirə 2012-ci ildə başlanılıb. Meydanda 72 metr hündürlükdə dalğalanan bayrağın uzunluğu 20, eni isə 10 metrdir. Bundan başqa, əraziyə bitişik park da gözəl tərtibatda yenidən qurulub. Ətrafda geniş abadlıq-quruculuq və yaşıllıq işləri görülüb. Burada 18 min kvadratmetr sahəyə daş plitə döşənib, müasir işıqlandırma sistemi qurulub.Prezident İlham Əliyev Bayraq meydanında görülmüş işlərdən razılığını bildirib.