Azərbaycan Prezidenti İlham Əliyev Serbiyanın sabiq Prezidenti Boris Tadiç ilə görüşüb.
AZXEBER.COM-un AzərTAc-a istinadən verdiyi xəbərə əsasən, görüşdə Bakıda keçirilən Birinci Cənubi Qafqaz Forumunun önəmi qeyd edildi.
Söhbət zamanı Azərbaycan ilə Serbiya arasında əməkdaşlığın müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı.