Prezident İlham Əliyev: "Bütün dünya görür ki, Türkiyə-Azərbaycan birliyi nə deməkdir"

Prezident İlham Əliyev: "Bütün dünya görür ki, Türkiyə-Azərbaycan birliyi nə deməkdir"
SİYASƏT
14:17 06.10.2020
597

"Xoş gəlmisiniz, əziz Mövlud bəy, sizi salamlayıram. Şadam ki, siz gəlmisiniz. Siz Azərbaycanda dəfələrlə olmusunuz. Amma bu səfərin xüsusi önəmi var. Azərbaycan üçün o qədər də asan olmayan bir dönəmdə sizin gəlməyiniz əlbəttə ki, xüsusi önəm daşıyır. Bu, qardaş ölkənin açıq dəstəyinin təzahürüdür. Bu dəstəyə görə Azərbaycan xalqı qardaş Türk xalqına və onun Prezidentinə dərin minnətdarlıq hissi ilə yaşayır".

AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. 

"Mənim əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan ilə bu günlərdə təmaslarım, onun çox açıq, qətiyyətli bəyanatları bütün dünyaya göstərdi ki, Azərbaycan tək deyil. Azərbaycanın yanında Türkiyə kimi dünya miqyasında böyük bir güc olan dövlət var, qardaş ölkə var. Bu dəstək bizi ruhlandırır, bizə əlavə güc verir və eyni zamanda, bölgədə sabitliyin, əmin-amanlığın təmin edilməsi üçün önəmli rol oynayır. Mən bunu bu günlər ərzində demişəm ki, Türkiyə bölgədə sabitləşdirici rol oynayır. Türkiyənin bölgədə və dünyada yalnız sülhə hesablanmış siyasəti artıq öz nəticələrini verməkdədir, həm Yaxın Şərq bölgəsində, eyni zamanda, Qafqaz bölgəsində. Ona görə Ermənistanın növbəti hücumu ilə əlaqədar bu gün yaranmış vəziyyət bir daha onu göstərir ki, Türkiyə həm regionda, həm dünyada söz sahibidir. Əlbəttə ki, bu, bizi gücləndirir, ruhlandırır. Bu gün həm bizim xalqlarımız, həm də bütün dünya görür ki, Türkiyə-Azərbaycan birliyi nə deməkdir.

Əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan ilə biz bu məsələ ilə bağlı dəfələrlə öz sözlərimizi demişik ki, Türkiyə-Azərbaycan birliyi bütün dünya üçün örnək olmalıdır. Bu gün biz real həyatda bunu göstəririk, sübut edirik və bu birliyin gələcəyi, hesab edirəm ki, bölgədə dayanıqlı sülhün təmin edilməsi üçün əsas şərt olacaqdır", dövlət başçısı vurğulayıb. 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər
11:51 12.10.2026
İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər
Prezident Kamboca Baş naziri ilə mina problemini müzakirə edib
11:49 12.10.2026
Prezident Kamboca Baş naziri ilə mina problemini müzakirə edib
Xidmət əməkdaşları Gəncədə şəhid Rabil İsmayılovun ailəsini ziyarət edib
11:47 12.10.2026
Xidmət əməkdaşları Gəncədə şəhid Rabil İsmayılovun ailəsini ziyarət edib
Prezident: Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib
11:45 12.10.2026
Prezident: Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTOLAR
11:39 12.10.2026
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTOLAR
“120 il keçsə də, bəzi insanlar hələ də cəhalət girdabındadır”
11:38 12.10.2026
“120 il keçsə də, bəzi insanlar hələ də cəhalət girdabındadır”
"Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır"
11:35 12.10.2026
"Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır"
"Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir"
11:33 12.10.2026
"Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir"
İlham Əliyev TDT-nin əqli mülkiyyət qurumları rəhbərlərinin görüşünün iştirakçılarına müraciət ünvanlayıb
11:32 12.10.2026
İlham Əliyev TDT-nin əqli mülkiyyət qurumları rəhbərlərinin görüşünün iştirakçılarına müraciət ünvanlayıb
Azərbaycanda ən yüksək maaşı kimlər alır?
11:22 12.10.2026
Azərbaycanda ən yüksək maaşı kimlər alır?
İlham Əliyev İspaniya Kralını təbrik etdi
11:17 12.10.2026
İlham Əliyev İspaniya Kralını təbrik etdi
Marsol Group-un Yaponiya biznes turu Osakadan başlayıb - FOTOLAR
11:15 12.10.2026
Marsol Group-un Yaponiya biznes turu Osakadan başlayıb - FOTOLAR
Prezidentin Kamboca Baş naziri ilə məhdud tərkibdə görüşü olub
10:58 12.10.2026
Prezidentin Kamboca Baş naziri ilə məhdud tərkibdə görüşü olub
Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub - FOTO
10:50 12.10.2026
Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub - FOTO
14 yaşlı qız dəm qazından öldü
10:42 12.10.2026
14 yaşlı qız dəm qazından öldü
Təhsil Şurası: Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir
10:33 12.10.2026
Təhsil Şurası: Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir