18:19 AzərTAc xəbər verir ki, yanvarın 24-də Davosda Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin “GDF Suez” şirkətinin sədr müavini və prezidentiJan Fransua Sirelliilə görüşü olmuşdur. Görüşdə “GDF Suez” şirkəti ilə Azərbaycan arasındakı əməkdaşlıqdan məmnunluq ifadə olundu. Gələcəkdə Azərbaycanda əhalinin keyfiyyətli içməli su və kanalizasiya xidmətləri ilə tam təmin olunması sahəsində əməkdaşlıq məsələləri müzakirə edildi. Görüşdə “Abşeron” qaz yatağının işlənməsinə, “Şahdəniz” yatağından hasil olunan qazın alınmasına və nəqlinə dair də fikir mübadiləsi aparıldı. --------- 17:22 AzərTAc xəbər verir ki, yanvarın 24-də Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin Davosda “Microsoft İnternational” şirkətinin prezidentiJan Filip Kurtuailə görüşü olmuşdur. Görüşdə “Microsoft İnternational” şirkəti ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi bildirildi. Bu şirkətin Azərbaycanda elektron hökumət layihəsinin həyata keçirilməsi istiqamətində təklif etdiyi xidmətlərin əhəmiyyəti vurğulandı. İnformasiya təhlükəsizliyinə dair məsələlərin müzakirə olunduğu görüşdə “Microsoft İnternational” ilə Azərbaycan arasında gələcəkdə strateji əməkdaşlıq müqaviləsinin imzalanması, bu şirkətin ölkəmizdə informasiya mərkəzinin yaradılması ilə bağlı fikir mübadiləsi aparıldı. X X X AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin yanvarın 24-də Davosda “Thales Alenia Space” şirkətinin prezidenti Jan-Lö Qalleilə görüşü olmuşdur. Görüşdə Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafına xüsusi əhəmiyyət verildiyi vurğulandı. Azərbaycanın ikinci telekommunikasiya və Yer səthini müşahidə peyklərinin orbitə buraxılması ilə bağlı mövcud məsələlər müzakirə olundu. Ölkəmizdə kosmik sənayenin yaradılması, bu sahədə uzunmüddətli inkişaf strategiyasının hazırlanması ilə əlaqədar fikir mübadiləsi aparıldı. --------- 16:20 AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, yanvarın 24-də Davosda Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidentiSuma Çakrabatiilə görüşü olmuşdur. Görüşdə Azərbaycan ilə AYİB arasında uzun illərdir səmərəli əməkdaşlığın mövcudluğu vurğulandı, bu əlaqələrin inkişaf perspektivləri müzakirə olundu. AYİB ilə Azərbaycan arasında enerji, qeyri-enerji, informasiya-kommunikasiya texnologiyaları, sənayenin inkişafı, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparıldı. Azərbaycanda sosial infrastrukturun inkişafına xüsusi əhəmiyyət verildiyi vurğulandı. Azərbaycan ilə əməkdaşlığa böyük əhəmiyyət verdiklərini qeyd edən AYİB-in prezidenti ölkəmizə səfər etmək niyyətində olduğunu dedi. X X X AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, yanvarın 24-də Davosda Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin Ukraynanın sabiq PrezidentiLeonid Kuçmailə görüşü olmuşdur. Görüşdə Leonid Kuçma Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə görüşlərini məmnunluqla xatırladı. Qarşılıqlı səfərlərin, xüsusilə də Prezident İlham Əliyev ilə keçirilən görüşlərin əhəmiyyətindən danışıldı. Azərbaycan-Ukrayna münasibətlərinin uğurla inkişaf etdiyinin vurğulandığı görüşdə ölkələrimiz arasında dostluq əlaqələrinin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu. --------- 14:48 AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, yanvarın 24-də Davosda Dünya İqtisadi Forumunun “Neft və qaz idarəçilərinin toplantısı” mövzusunda sessiyası keçirilmişdir. Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevsessiyada iştirak etmişdir. Dünyada neft və qaz sahəsində tanınmış mütəxəssislərin iştirak etdiyi sessiyada Prezident İlham Əliyev Azərbaycanın neft-qaz sektorunda kibertəhlükəsizliyin və ümumilikdə təhlükəsizliyin təmin olunması mövzusunda çıxış etdi. Dövlətimizin başçısı uzun illərdir Azərbaycanın qlobal enerji layihələrində iştirakına diqqət çəkərək ölkəmizin bu sahədə qazandığı uğurlardan danışdı. Prezident İlham Əliyev Azərbaycanda bu sahədə təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təşkil olunduğunu bildirdi və uzun illərdir ölkəmizdə bununla bağlı hər hansı bir problemin yaranmadığını diqqətə çatdırdı. Azərbaycanın regional enerji təhlükəsizlik sistemində xüsusi rol oynadığını vurğulayan dövlətimizin başçısı bu sahədə ölkəmizdə görülən işlərdən, bütövlükdə gələcəkdə həyata keçiriləcək tədbirlərdən danışdı. --------- 14:32 AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, yanvarın 24-də Davosda Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin və İsveçrə Konfederasiyasının PrezidentiUeli Maurerin görüşü olmuşdur. Görüşdə Azərbaycan ilə İsveçrə arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olundu. Ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə, xüsusilə də enerji sektorunda inkişaf perspektivlərinin önəmi vurğulandı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair danışıqların hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparıldı. Prezident Ueli Maurer son illərdə Azərbaycanın qazandığı yüksək iqtisadi nailiyyətlərə görə Prezident İlham Əliyevi təbrik etdi. ------------------ 23.01.2013 23:54 AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, yanvarın 23-də Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin Davosda Beynəlxalq Maliyyə Korporasiyasının baş icraçı direktoruCin Yonq Kayilə görüşü olmuşdur. Görüşdə Azərbaycan ilə Beynəlxalq Maliyyə Korporasiya arasındakı əməkdaşlıqdan məmnunluq ifadə olundu. Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycanda həyata keçirilən layihələrdə investor kimi iştirak etməsi yüksək qiymətləndirildi. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı görülən işlərdən danışılan görüşdə Beynəlxalq Maliyyə Korporasiyasının ölkəmizdə xüsusilə kənd təsərrüfatı və informasiya-kommunikasiya texnologiyaları sahələrində əməkdaşlıqda maraqlı olduğu bildirildi. Prezident İlham Əliyev Beynəlxalq Maliyyə Korporasiyası ilə Azərbaycan arasında əməkdaşlığı yüksək qiymətləndirdi və əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə etdi. X X X AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının PrezidentiİlhamƏliyevin yanvarın 23-də Davosda “Total” şirkətinin rəhbəriKristof de Marjeriilə görüşü olmuşdur. Görüşdə Azərbaycan ilə “Total” arasında uzun illərdir davam edən əməkdaşlıqdan məmnunluq ifadə olundu. “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarının işlənməsində Azərbaycan ilə “Total” şirkətinin əməkdaşlığının uğurla davam etdiyi bildirildi. İkitərəfli əməkdaşlığın Azərbaycan-Fransa iqtisadi əlaqələrinin inkişafına da töhfə verdiyi vurğulandı. Görüşdə “Total” şirkəti ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı. --------- 22:47 AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, yanvarın 23-də Davosda Dünya İqtisadi Forumunun “Mərkəzi Asiya üçün yeni üfüqlər” mövzusunda sessiyası keçirilmişdir. Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevsessiyada iştirak etmişdir. Bir sıra ölkələrin rəsmilərinin, beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi sessiyada çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə gedən iqtisadi inkişaf prosesləri barədə danışdı. Dövlətimizin başçısı son illərdə Azərbaycanda yüksək dinamik inkişafın müşahidə olunduğunu, ümumi daxili məhsulun üç dəfə artdığını diqqətə çatdırdı. Enerji sahəsində Azərbaycanın əldə etdiyi uğurlardan danışan Prezident İlham Əliyev bildirdi ki, ölkəmizdə qeyri-enerji sektorunun da inkişafı diqqət mərkəzində saxlanılır və bununla bağlı bir çox layihələr həyata keçirilir. Dövlət bu sahədə dəstəyini hər zaman nümayiş etdirir. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə toxunan Prezident İlham Əliyev ölkəmizin qlobal iqtisadi və enerji layihələrində iştirakının əhəmiyyətindən danışdı. Dövlətimizin başçısı regional əməkdaşlıq və digər məsələlərə də toxundu. Sonra Azərbaycan Prezidenti İlham Əliyev sualları cavablandırdı. --------- 18:54 AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin yanvarın 23-də Davosda bp şirkətinin sədriKarl-Henrik Svanberqilə görüşü olmuşdur. Görüşdə Azərbaycan ilə bp şirkəti arasında uzun illər uğurlu əməkdaşlığın davam etməsindən məmnunluq ifadə olundu. “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, Trans-Anadolu qaz boru kəməri (TANAP) layihələri üzrə əməkdaşlığımızın uğurla həyata keçirildiyi vurğulandı, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə edildi. Görüşdə Azərbaycan ilə bp şirkəti arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparıldı. --------- 17:20 AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, yanvarın 23-də Davosda Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin Türkiyə Respublikasının xarici işlər naziriƏhmədDavudoğluilə görüşü olmuşdur. Görüşdə Azərbaycan ilə Türkiyə arasında münasibətlərin bütün sahələrdə inkişafından məmnunluq ifadə edildi. Nazir Əhməd Davudoğlu Türkiyə PrezidentiAbdullah Gülün, Baş nazirRəcəb Tayyib Ərdoğanın salamlarını Azərbaycan Prezidenti İlham Əliyevə çatdırdı. Ölkələrimiz arasında həyata keçirilən bir sıra qlobal layihələrin, o cümlədən Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinin əhəmiyyəti qeyd edildi. Azərbaycan-Türkiyə əməkdaşlığının bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olundu. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və digər məsələlər müzakirə edildi. Azərbaycan Prezidenti İlham Əliyev onun da salamlarını Türkiyə Prezidenti Abdullah Gülə və Baş nazir Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş etdi. --------- 15:26 AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevyanvarın 23-də Davosda “Holcim Group” şirkətinin rəhbəriBernard Fontanailə görüşmüşdür. Ötən il Bakıda “Holcim Group” şirkətinin sement zavodunun açılışında Prezident İlham Əliyevin iştirakını məmnunluqla xatırladan Bernard Fontana Azərbaycanda biznes fəaliyyəti üçün əlverişli şəraitin mövcudluğunu yüksək qiymətləndirdi. Bu şəraitin səmərəli fəaliyyət üçün yaxşı zəmin yaratdığını bildirdi. Prezident İlham Əliyev “Holcim Group” şirkəti tərəfindən Azərbaycana sərmayə yatırılmasının önəmini qeyd etdi. Dövlətimizin başçısı bu şirkət ilə ölkəmiz arasında əməkdaşlığın İsveçrə-Azərbaycan iqtisadi əlaqələrinin inkişafına töhfə verdiyini vurğuladı. Görüşdə Azərbaycan-İsveçrə biznes əlaqələrinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı. X X X AzərTAc-ın xüsusi müxbirimiz xəbər verir ki, yanvarın 23-də Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin Davosda ABŞ-ın qlobal layihələrinin idarəçiliyi üzrə tanınmış konsaltinq şirkəti “McKinsey&Сompany”nin rəhbəriDominik Bartonilə görüşü olmuşdur. Görüşdə “McKinsey&Сompany” şirkətinin rəhbəri Dominik Barton Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsində mühüm layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bildirdi. Son vaxtlar Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafı üçün yaradılmış şəraitin ölkəmizdə bu sahədə layihələrin həyata keçirilməsində xarici investorların diqqətini cəlb etdiyini vurğuladı. Azərbaycan Prezidenti İlham Əliyev informasiya-kommunikasiya texnologiyalarının genişləndirilməsində elm və təhsil sahələrinin inkişafının da vacib olduğunu və ölkəmizdə bu işə diqqətin artdığını dedi. Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan dünyanın bu sahədə tanınmış müxtəlif şirkətləri ilə əməkdaşlıq etməkdə maraqlıdır. ---------- 12:43 AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, yanvarın 23-də Davosda Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin ABŞ-ın qlobal layihələr üzrə tanınmış konsaltinq şirkəti “Booz&СO”nun baş icraçı direktoruÇeraze Maynardiilə görüşü olmuşdur. Görüşdə “Booz&СO” şirkətinin baş icraçı direktoru Çeraze Maynardi Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafının dövlət tərəfindən dəstəklənməsini yüksək qiymətləndirdi. Azərbaycanda həyata keçirilən genişzolaqlı internet strategiyası və yüksək texnologiyalar parkının yaradılması ilə bağlı layihələrin əhəmiyyətini vurğuladı, bu sahədə artıq işlərin başlanmasından məmnunluğunu ifadə etdi. Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə neftdən əldə olunan gəlirlərin bir hissəsinin yüksək texnologiyaların inkişafına yönəldildiyini vurğulayaraq informasiya-kommunikasiya texnologiyaları sahəsində özəl sektorun iştirakının daha da genişləndirilməsinin önəmini qeyd etdi. ----------------- 22.01.2013 16:44 AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, yanvarın 22-də Azərbaycan Respublikasının Prezidentiİlham ƏliyevDavosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfərə gəlmişdir. Dövlətimizin başçısı Sürixdən Davos şəhərinə yola düşdü. --------- 11:46 AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidentiİlham ƏliyevDavos şəhərində keçirilən ənənəvi illik Dünya İqtisadi Forumunda iştirak etmək üçün yanvarın 22-də İsveçrə Konfederasiyasına işgüzar səfərə yola düşmüşdür. Dövlətimizin başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazirArtur Rasizadə, Prezident Administrasiyasının rəhbəriRamiz Mehdiyevvə Bakı Şəhəri İcra Hakimiyyətinin başçısıHacıbala Abutalıbovyola saldılar.