Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin nəzdində orta musiqi məktəbinin əməkdaşlarına "Əməkdar müəllim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
AZXEBER.COM-un məlumatına görə, sərəncamla Azərbaycanda musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin nəzdində orta musiqi məktəbinin aşağıdakı əməkdaşlarına "Əməkdar müəllim” fəxri adı verilib:
Hüseynova Elmira Bahadur qızı
Əsədova Nailə Əsəd qızı
İsmayılov Zakir Xeyrulla oğlu.