Prezident İlham Əliyev Dövlət Musiqili Teatrında olub
SİYASƏT
15:11 27.04.2013
1822
Bu gün Azərbaycan Dövlət Musiqili Teatrında görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib.AZXEBER.COM-un AzərTac-a istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.Dövlət başçısı təntənəli mərasimdə nitq söyləyib. Sonra Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev, Rusiya Tibb Elmləri Akademiyasının akademiki, tibb elmləri doktoru, professor, Diplomdan Sonrakı Tibbi Təhsil Akademiyasının rektoru Larisa Moşetova, Rusiya Tibb Elmləri Akademiyasının akademiki, tibb elmləri doktoru, professor, Diplomdan Sonrakı Tibbi Təhsil Akademiyasının kafedra müdiri Alevtina Brovkina, Türkdilli Ölkələrin Oftalmologiya Cəmiyyətinin sədri Sunay Duman çıxış ediblər.