Prezident İlham Əliyev Eldar Həsənovu vəzifəsindən azad etdi

Prezident İlham Əliyev Eldar Həsənovu vəzifəsindən azad etdi
19:10 28.03.2013
6043
Prezident İlham Əliyev Eldar Həsənovun Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki,, sərəncama əsasən, Eldar Hümbət oğlu Həsənov Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
E. Həsənov iqamətgahı Belqrad şəhərində olmaqla Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri vəzifələrində saxlanılıb.
OXŞAR XƏBƏRLƏR