Prezident İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidentinə başsağlığı verib

Prezident İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidentinə başsağlığı verib
SİYASƏT
10:05 02.01.2026
123
Prezident İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti Qi Parmölənə məktub ünvanlayıb.

AZXEBER.COM xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Kran-Montanada baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması barədə xəbər bizi olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İsveçrə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm".
OXŞAR XƏBƏRLƏR