Prezident İlham Əliyev Latviya prezidenti ilə görüşdü- FOTOLAR

SİYASƏT
10:00 29.11.2013
1165

Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya prezidenti Andris Berjinsin görüşüb.

AZXEBER.COM xəbər verir ki, bu gün Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Latviya Respublikasının Prezidenti Andris Berjinsin görüşü olub.

Görüşdə Azərbaycan ilə Latviya arasında siyasi, iqtisadi və digər sahələrdə dostluq əlaqələrinin inkişaf etdiyi vurğulandı, yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığımızın genişlənməsi baxımından əhəmiyyəti qeyd olunub.

Əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminlik bildirilən görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR