Prezident İlham Əliyev Leonid Kuçma ilə görüşüb

Prezident İlham Əliyev Leonid Kuçma ilə görüşüb
Bütün Xəbərlər
17:24 24.01.2013
873
Yanvarın 24-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukraynanın sabiq Prezidenti Leonid Kuçma ilə görüşü olub.AZXEBER.COM Azərtac-a istinadən xəbər verir ki, görüşdə Leonid Kuçma Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə görüşlərini məmnunluqla xatırladı. Qarşılıqlı səfərlərin, xüsusilə də Prezident İlham Əliyev ilə keçirilən görüşlərin əhəmiyyətindən danışıldı.Azərbaycan-Ukrayna münasibətlərinin uğurla inkişaf etdiyinin vurğulandığı görüşdə ölkələrimiz arasında dostluq əlaqələrinin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.
OXŞAR XƏBƏRLƏR