"Mən bu fikirlə razılaşıram ki, MDB-nin potensialı bitməyib, bu, regional, beynəlxalq həyatda qarşılıqlı təsir üçün yaxşı meydançadır."Bunu Azərbaycan prezidenti İlham Əliyev MDB Dövlət Başçılarının Minskdə keçirilən Sammitində çıxışı zamanı deyib.Dövlət başçısı bildirib ki, Birlik ölkələrinin əməkdaşlığı təhlükəsizlik sahəsində problemlərin həlli üçün yaxşı nəticələr verə bilər: "Azərbaycan MDB-də iştiraka böyük əhəmiyyət verir, təşkilat çərçivəsində çox məsələlərdə müsbət işlər görülüb. Bizdə iqtisadi sferada yaxşı nəticələr var."