Prezident İlham Əliyev Misirdə işgüzar səfərdədir

Prezident İlham Əliyev Misirdə işgüzar səfərdədir
MANŞET
17:31 12.10.2025
212
Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün oktyabrın 12-də Misirə işgüzar səfərə gəlib.

AZXEBER.COM xəbər verir ki, Şarm Əl-Şeyx şəhərinin beynəlxalq aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidentini Misirin gənclər və idman naziri Əşrəf Subhi və digər rəsmi şəxslər qarşılayıb.
 


OXŞAR XƏBƏRLƏR