"Prezident İlham Əliyev mümkün olmayanı mümkün etdi" - Deputat

"Prezident İlham Əliyev mümkün olmayanı mümkün etdi" - Deputat
SİYASƏT
14:40 08.11.2022
457

"44 günlük müharibədə qələbənin qazanılmasında Prezident, Ali Baş Komandan İlham Əliyevin xidmətləri danılmazdır. Məhz onun iradəsi, güclü mövqeyi, düzgün zamanı seçməsi və qətiyyət göstərməsi bu qələbənin qazanılmasında əsas rol oynadı”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev 44 günlük müharibədə qazanılan qələbədən danışarkən deyib.

Deputat qeyd edib ki, İlham Əliyevin Prezidentliyi dövründən başlayaraq Azərbaycan büdcəsinin xeyli hissəsini müasir silahların alınmasına xərcləyirdi:

"Qeyd etmək lazımdır ki, 30 il ərzində ki, torpaqlarımız işğal altında qaldı, belə çıxır ki, Azərbaycan heç də əl-qolunu uzadıb gözləmirdi. İlham Əliyevin Prezidentliyi dövründən başlayaraq Azərbaycan büdcəsinin xeyli hissəsini müasir silahların alınmasına xərcləyirdi. Yadımdadır ki, müxalifət, o cümlədən mən özüm də tənqidi fikirlər səsləndirirdik ki, bu qədər pullar xərclənir, il üstünə il əlavə olunur, amma torpaqlarımızı azad edə bilmirik, bu qədər büdcənin hərbiyə ayrılmasına nə ehtiyac var, əgər biz torpaqlarımızı azad edə bilmiriksə. Mən qələbəmizdən sonra başa düşdüm ki, biz bununla nə qədər səhv etmişik. Bəzən emosiyalara qapılmışıq”. 

Deputat bildirib ki, Prezidentin də qeyd etdiyi kimi, artıq Qarabağ problemi həll olunub:

"Əslində biz İlham Əliyevi tənqid edən zaman o gecə-gündüz Qarabağın azad olunması üçün çalışırdı, düşünürdü və konkret addımlar atırdı. Nəticəsini də gördük, Qarabağ azad olundu. Bu gün də Azərbaycan ərazilərinin yerdə qalan hissəsi üzərində özünün suverenliyini bərpa etmək üçün gecə-gündüz çalışır. Müsbət nəticələr də var. Elə sonuncu Soçi görüşündə Prezident İlham Əliyevin Rusiya Prezidentinin üzünə belə bir cümlə işlədərək dedi ki, Qarabağ problemi artıq iki ildir ki, həll olunub, müzakirə etməli bir məsələ yoxdur, artıq bu, iki ildir ki, tarixdir. Bunun özü artıq Azərbaycan Prezidentinin hansı güclü iradəyə malik olduğunun göstəricisidir. Bunu bütün xalq bəyəndi, sevdi və Azərbaycan Prezidentini müdafiə etdi. Azərbaycan Prezidentini bu gün bu məsələlərdə müxalifət də müdafiə edir, öz partiyası da müdafiə edir, xalq da müdafiə edir”. 

Deputat Zəfər Günü münasibətilə Prezidenti və Azərbaycan hərbçilərini təbrik etdiyini bildirib:

"Həqiqəti demək lazımdır ki, İlham Əliyev mümkün olmayanı mümkün etdi. Belə bir halda cənab Prezidentə sağ ol demək lazımdır, onu təbrik etmək lazımdır. Mən cənab Prezidenti bu Zəfər Günü münasibətilə təbrik edirəm. Məhz onun qurduğu ordu, onun aldığı silahlar Qarabağı azad etdi. Elə buna görə də, mən Azərbaycan Ordusuna da, Azərbaycanın əsgər və zabitlərinə də, Müdafiə Nazirliyinə də, Sərhəd Qoşunlarına da, Azərbaycan Hərbi Dəniz Qüvvələrinə də, bir sözlə, Azərbaycanın bütün hərbçilərinə ürəkdən təşəkkür edirəm. Nə yaxşı ki, varsınız, nə yaxşı ki, bu gün siz Azərbaycan torpaqlarının, xalqının və müstəqilliyinin keşiyinə dayanmısınız”.

Aydın Nuri

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Könül Vəlibəyli və iki nəfərin öldüyü, 25 nəfərin xəsarət aldığı yanğınla bağlı həbs edilən klinika direktoru məhkəmədə ifadə verib
20:19 07.10.2026
Könül Vəlibəyli və iki nəfərin öldüyü, 25 nəfərin xəsarət aldığı yanğınla bağlı həbs edilən klinika direktoru məhkəmədə ifadə verib
Sabah bu 5 kənddə qaz olmayacaq
20:12 07.10.2026
Sabah bu 5 kənddə qaz olmayacaq
Gürcüstana gedənlərə şad xəbər: Artıq vaxt itirmədən, bir neçə dəqiqəyə səyahət sığortasını onlayn almaq mümkündür
20:04 07.10.2026
Gürcüstana gedənlərə şad xəbər: Artıq vaxt itirmədən, bir neçə dəqiqəyə səyahət sığortasını onlayn almaq mümkündür
Paşinyan: Sərhədi keçən Azərbaycan hərbçisi bir müddət Ermənistanda qalacaq
20:00 07.10.2026
Paşinyan: Sərhədi keçən Azərbaycan hərbçisi bir müddət Ermənistanda qalacaq
Azərbaycan ekoloji çağırışlar və Xəzər dənizinin dayazlaşmasını qabardıb
19:54 07.10.2026
Azərbaycan ekoloji çağırışlar və Xəzər dənizinin dayazlaşmasını qabardıb
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırıldı
19:31 07.10.2026
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırıldı
NATO Hərbi Komitəsinin rəhbəri Ukraynaya gözlənilməz səfər edib
19:16 07.10.2026
NATO Hərbi Komitəsinin rəhbəri Ukraynaya gözlənilməz səfər edib
AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var
19:05 07.10.2026
AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var
Peskov: Putin-Tramp telefon danışığı hələ razılaşdırılmayıb
19:00 07.10.2026
Peskov: Putin-Tramp telefon danışığı hələ razılaşdırılmayıb
Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb
18:40 07.10.2026
Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb
Ukrayna USL proqramı çərçivəsində Aİ-dən daha 1,2 milyard avro alıb
18:27 07.10.2026
Ukrayna USL proqramı çərçivəsində Aİ-dən daha 1,2 milyard avro alıb
Kimya üzrə Nobel mükafatı laureatları məlum olub
18:14 07.10.2026
Kimya üzrə Nobel mükafatı laureatları məlum olub
"Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament" təsdiq edilib
18:06 07.10.2026
"Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament" təsdiq edilib
Kobaxidze: Gürcüstan Ukrayna və Moldovadan min addım irəlidədir
17:57 07.10.2026
Kobaxidze: Gürcüstan Ukrayna və Moldovadan min addım irəlidədir
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır
17:49 07.10.2026
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır
Türkiyədə özünü Azərbaycanın “dostu” adlandıranlar niyə susur?
17:39 07.10.2026
Türkiyədə özünü Azərbaycanın “dostu” adlandıranlar niyə susur?