"Prezident İlham Əliyev qələbəmizin memarıdır" - Deputat

"Prezident İlham Əliyev qələbəmizin memarıdır" - Deputat
SİYASƏT
13:20 07.11.2022
404
"İlham Əliyev tarixi zəfərimizin hərbi-siyasi və strateji memarıdır. Tarixdə hər bir qələbənin öz müəllifi olur. Bizim qələbəmizin müəllifi isə yaratdığı güclü ordusu ilə müzəffər Ali Baş komandanımız, şəhidlərimiz, qazilərimizdir”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

"Güc, milli güc kimi müxtəlif vasitələr lider olmadıqca sadəcə potensial hesab edilir. Potensial gücü isə həqiqi real gücə yalnız liderlər çevirə bilirlər. O da hər liderdə olmur. İlham Əliyev son 200 illik tariximizdə milli gücümüzün maddi-fiziki və mənəvi komponentlərinin elə bir vəhdətini yarada bildi ki, bu sözün əsl mənasında qarşısı alınmaz selə çevirildi. 21-ci əsrin çoxkomponentli hibrid müharibələrinə qarşı savaşmaq və qalib gəlmək yalnız bu şəkildə mümkün ola bilərdi. Biz istər 2003-cü ildən 2020-ci ilədək davam edən hücüm diplomatiyası, alt qatlarda sirli qalan strateji sükut dövründə, istər hərbi sənayemizin təşkili ilə birlikdə ordumuzun şəxsi heyətinin peşəkarlardan komplektləşdirilməsi mərhələsində, istərsə də, 44 günlük müharibə dövründə və ondan sonra davam edən postmüharibə və böyük qayıdış mərhələsində, hər addımda Prezident İlham Əliyevin imzasını görürük”.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyev təkcə hərbi qələbəmizin deyil, həm də siyasi diplomatik qələbəmizin müəllifidir:

"Bu günlərdə Zəfər bayramımızın 2-ci ildönümünü qeyd edərkən dönüb geriyə baxdıqda bir tərəfdə 30 illik məşəqqət, xalqımıza qarşı törədilən alçaq hərbi cinayətlər və soyqırımı digər tərəfdə isə 44 günlük müharibəmiz və ondan ötən iki il ərzində qalib xalq kimi  yaşadığımız milli qürur və sevinc günlərimiz var. Bu fərqi yaradan, bizə tarixi zəfərimizi bəxş edən məhz İlham Əliyev siyasətidir. Bu həqiqətlərin fərqində olarkən biz qələbəmizin necə böyük və necə şanlı olduğunu bir daha yenidən dərk edirik. Başa düşürük ki, biz nəyə görə və kimlər tərəfindən birinci Qarabağ savaşında uduzduq və eyni zamanda başa düşürük ki, İkinci Qarabağ savaşında qələbə əldə etmək nə qədər çətin bir iş imiş. Ona görə də qələbəmizin qalıcı və əbədi olması üçün milli həmrəyliyimizə sadiq qalmalı, dəmir yumruq ətrafında daha sıx birləşməliyik”.

Ayşən Mirzəyeva
OXŞAR XƏBƏRLƏR