Prezident İlham Əliyev Rusiyada - FOTOLAR

Prezident İlham Əliyev Rusiyada - FOTOLAR
SİYASƏT
16:24 20.12.2019
4123
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün dekabrın 20-də Sankt-Peterburq şəhərinə səfərə gəlib.

Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, Sankt-Peterburq şəhərinin Pulkovo-1 hava limanında dövlətimizin başçısı İlham Əliyevi Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko, Sankt-Peterburq şəhəri hökumətinin üzvü, Xarici əlaqələr komitəsinin sədri Yevgeni Qriqoriyev, Leninqrad vilayətinin Xarici əlaqələr komitəsinin sədr müavini İnna Biqotskaya və digər rəsmi şəxslər qarşıladılar.
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR