Prezident İlham Əliyev Şəkiyə 2,5 milyon manat ayırdı

SİYASƏT
10:10 21.08.2013
1368
Prezident İlham Əliyev Şəki şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi üzrə sərəncam verib. 
AZXEBER.COM xəbər verir ki, sərəncama görə, 2013-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin ilkin olaraq 2,5 milyon manatı Şəki Şəhər İcra Hakimiyyətinə ayrılıb.Vəsait on səkkiz min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolunun tikintisi məqsədi ilə verilib.Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin ilkin olaraq 2,5 milyon (iki milyon beş yüz min) manatı Şəki Şəhər İcra Hakimiyyətinə ayrılsın.

OXŞAR XƏBƏRLƏR