Prezident İlham Əliyev serbiyalı həmkarını təbrik edib

Prezident İlham Əliyev serbiyalı həmkarını təbrik edib
SİYASƏT
18:58 14.02.2018
1661

Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Prezidenti Aleksandr Vuçiçə təbrik məktubu göndərib.

AZXEBER.COM azertac-a istinadən bildirir ki, təbrikdə deyilir: "Hörmətli cənab Prezident, ölkənizin milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Əminəm ki, Azərbaycan-Serbiya münasibətlərinin inkişafı, ölkələrimiz arasındakı dostluq və əməkdaşlığın genişlənməsi bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Serbiya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".

OXŞAR XƏBƏRLƏR