Prezident İlham Əliyev Sumqayıtda bir sıra obyektin açılışında iştirak etdi

Prezident İlham Əliyev Sumqayıtda bir sıra obyektin açılışında iştirak etdi
SİYASƏT
13:35 03.05.2013
2255

Azərbaycan prezidenti İlham Əliyev mayın 3-də Sumqayıt şəhərinə səfər edib.

APA-nın məlumatına görə, dövlət başçısı əvvəlcə Heydər Əliyevin xatirəsini yad edib, onun abidəsi önünə gül dəstəsi qoyub.

Azərbaycan prezidenti Sumqayıtda Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.

Sonra prezident Cümə Məscidində əsaslı təmirdən sonra yaradılmış şəraitlə tanış olub.

Daha sonra dövlət başçısı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sumqayıtda “ASAN xidmət” mərkəzinin istifadəyə verilməsi mərasimində iştirak edib.

Prezident “Gilan” Tekstil Kompleksinin açılışında da iştirak edib.

OXŞAR XƏBƏRLƏR