Prezident İlham Əliyev terrorizmlə bağlı tədbirdə çıxış etdi - FOTOLAR

Prezident İlham Əliyev terrorizmlə bağlı tədbirdə çıxış etdi -  FOTOLAR
11:39 18.03.2013
1168

Martın 18-də Bakıda “Terrorizmin qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi” mövzusunda Beynəlxalq konfrans işə başlamışdır.

AZXEBER.COM-un Azertac-a istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransın açılışında iştirak etmişdir.

BMT-nin, Azərbaycan hökumətinin və İSESCO-nun təşkilatçılığı ilə keçirilən konfransda dövlətimizin başçısı açılış nitqi söylədi.

Sonra BMT-nin Narkotik və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru Yuri Fedotov çıxış etdi. Daha sonra İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri çıxış etdi. Konfransda 50 ölkəni və 20 beynəlxalq təşkilatı təmsil edən nümayəndələr iştirak edirlər. Beynəlxalq konfrans martın 19-da başa çatacaqdır.

OXŞAR XƏBƏRLƏR