Prezident İlham Əliyev Türkiyənin təhsil naziri ilə görüşdü

SİYASƏT
17:32 21.05.2013
1493
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də Türkiyə Respublikasının milli təhsil naziri Nabi Avçının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.AzərTac-ın verdiyi xəbərə görə, görüşdə Azərbaycan ilə Türkiyə arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən təhsil sahəsində uğurla inkişaf etdiyi vurğulanıb. Qəti əminlik ifadə olunub ki, ölkələrimiz arasında təhsil sahəsində mövcud olan sıx əməkdaşlıq əlaqələri gələcəkdə də uğurla inkişaf edəcək.

OXŞAR XƏBƏRLƏR