Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva İtaliyanın dövlət başçısına başsağlığı verib

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva İtaliyanın dövlət başçısına başsağlığı verib
SİYASƏT
19:23 14.08.2018
6303
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva İtaliya Respublikasının Prezidenti Sercio Mattarellaya məktub ünvanlayıb. 
AZXEBER.COM-un məlumatına görə, mətndə deyilir: 

"Hörmətli cənab Prezident, Genuya şəhəri yaxınlığında avtomobil körpüsünün uçması nəticəsində insanların həlak olması və itkin düşməsi xəbəri bizi olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İtaliya xalqına öz adımızdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı veririk".
OXŞAR XƏBƏRLƏR