Prezident İlham Əliyev Vyanada Avstriya Sənaye Federasiyasının prezidenti ilə görüşdü
SİYASƏT
15:26 14.05.2013
1808
Bu gün prezident İlham Əliyev Vyanada Avstriya Sənaye Federasiyasının prezidenti və iri şirkətlərin rəhbərləri ilə görüşüb. Avstriya Sənaye Federasiyasının prezidenti Georq Kapş dövlət başçısını salamlayıb və bu görüşdən məmnunluğunu bildirib.Azərbaycan prezidenti görüşdə çıxış edib.Sonra Avstriya iqtisadiyyatının müxtəlif sahələri ilə bağlı aparıcı şirkətlərin rəhbərləri təmsil etdikləri qurumlar barədə dövlət başçısına məlumat veriblər. Onlar Azərbaycanda gedən inkişaf proseslərini yüksək qiymətləndiriblər.