Prezident İlham Əliyev yunan həmkarını təbrik etdi

Prezident İlham Əliyev yunan həmkarını təbrik etdi
SİYASƏT
13:47 24.03.2022
479
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yunanıstan Respublikasının Prezidenti Katerina Sakellaropuluya təbrik məktubu ünvanlayıb. 

AZXEBER.COM xəbər verir ki, bu barədə AZƏRTAC məlumat verir.

Məktubda deyilir: 

"Yunanıstan Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından səmimi təbriklərimi çatdırıram.

Ümidvaram ki, xalqlarımızın mənafeləri naminə Azərbaycan ilə Yunanıstan arasındakı münasibətlərin inkişafı yolunda birgə səylər göstərəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, xalqınıza əmin-amanlıq və rifah arzulayıram”.

OXŞAR XƏBƏRLƏR