Prezident İlham Əliyev zavodun açılışında iştirak etdi

SİYASƏT
18:45 01.05.2013
2652
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Abşeron rayonunun Hökməli qəsəbəsində “AzFP CO LTD” MMC-nin tərkibində fəaliyyət göstərən birdəfəlik plastik qablar, priforminqlər, polistirol və polipropilen kisələr, süd məhsulları və dondurma istehsalı zavodlarının açılışında iştirak edib.AZXEBER.COM-un AzərTAc-a istinadən verdiyi xəbərə görə, “AzFP CO LTD” MMC-nin sədri Manuçehr Əhədpur Xangah dövlət başçısına məlumat verib ki, 2006-cı ildən fəaliyyət göstərən şirkət tərəfindən Abşeron rayonunda yaradılan bu zavodlar və meyvə-tərəvəz soyuducu anbarları sahibkarlığın inkişafına göstərilən diqqətin bariz nümunəsidir. Müəssisələrdə 1500 nəfər işlə təmin olunacaq. Bu zavodların fəaliyyətə başlaması heyvandarlığın inkişafına müsbət təsir edəcəkdir. Zavodların yerləşdiyi ərazi ümumilikdə 8 hektardır. Müəssisələr ən son texnologiyalar əsasında yaradılmış, ərazidə geniş yaşıllıq işləri görülüb.İlham Əliyev birdəfəlik plastik qablar, priforminqlər istehsalı zavodunu işə salıb. Zavodun tikintisinə 45 milyon manat vəsait sərf olunduğu diqqətə çatdırılıb.Prezident polistirol və polipropilen kisələr istehsalı zavodunun fəaliyyəti ilə tanış olub. Məlumat verilib ki, bu müəssisənin yaradılmasına beş milyon manat investisiya qoyulub. Burada istehsal sahəsi iki hissədən ibarətdir. Birinci hissə yarımməmulat xəttindən, ikinci hissə isə məmulat xəttindən ibarətdir. Müəssisə gün ərzində 13 çeşiddə 125 min kisə istehsal etmək gücünə malikdir. Sifarişə əsasən istehsal edilən kisələrin üzərində loqolar və reklamlar çap olunur.Sonra prezident İlham Əliyev süd məhsulları və dondurma istehsalı zavoduna gəlib.Bildirildi ki, “Milla” brendi altında fəaliyyət göstərən zavoda 49 milyon manat investisiya qoyulub. Bu istehsal müəssisəsi ən müasir standartlara cavab verir. Müəssisədəki texnoloji avadanlıq Avropadan dəvət olunan mütəxəssislər tərəfindən quraşdırılmış və istismara verilib. Hazırda zavod yüksək keyfiyyətli “Milla” ticarət markası altında 56 növ süd məhsulları istehsal edir.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb